"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın Azərbaycanı da hədəf alan yeni qorxunc planı

26 İyul 2014 - 20:19
in XƏBƏR LENTİ
Moskva özəl ordu yaradır; onların potensial tətbiq yeri Qafqaz və Ukrayna olacaq; söhbət həm də rəngliimg1609614 inqilabları önləməyə yönəlik hazırlıqlardan gedir …
Rusiya hökuməti özəl təhlükəsizlik qüvvələrinin yaradılması planı üzərində işləyir. Ehtimal edilir ki, bu, dövlətüstü strukturlardan siyasi həssas situasiyalarda istifadə olunacaq. Musavat.com-un məlumatına görə, bu haqda Benyamin Bidderin “Der Spiegel” alman nəşrində dərc olunan “Rusiya “Blackwater”i: Moskva özəl ordu yaradır” məqaləsində deyilir.
Məqalədə bildirilir ki, Rusiya qanunvericiləri və hərbçiləri ölkəyə qonşu olan dövlətlərdə narahatlıq doğuran bir qanunverici akt üzərində işləyirlər: “Müvafiq işçi qrup təhlükəsizlik məsələləri ilə məşğul olacaq özəl müəssisənin yaradılması üçün zəmin hazırlayır. Rusiya KİV-ləri yazır ki, söhbət faktiki surətdə Amerika özəl hərbi kompaniyası olan “Blackwater”in (bir neçə il öncə adı dəyişdirilərək “Academi” olub) hansısa analoqunun yaradılmasından gedir. Artıq payızda parlament – Dövlət Duması bu təşəbbüslə bağlı qərar verməlidir”.
Müəllifə görə, layihənin Kreml tərəfindən müdafiə ediləcəyindən şübhələnməyə dəymir: “Prezident Putin özəl hərbi müəssisələri “dövlətin birbaşa müdaxiləsi olmadan milli maraqların müdafiəsi üçün etibarlı alət” hesab edir. Qanunverici sənədə əsasən, özəl hərbi strukturlardan o yerlərdə istifadə olunması nəzərdə tutulur ki, orada nizami silahlı qüvvələrin iştirakı siyasi və hüquqi amillərə görə çətin və ya mümkünsüzdür. Bu hərbi strukturlar müstəsna olaraq keçmiş xüsusi təyinatlı zabitlər və əsgərlər hesabına komplektləşdiriləcək və Federal Təhlükəsizlik Xidmətinə tabe olacaq”.
Sənəd müəllifləri bu özəl qurum əməkdaşlarının ilk növbədə hara göndəriləcəyini gizlətmirlər: “Bu – Ukraynadır. Parlamentarlar hesab edirlər ki, Qərb Rusiyayönlü separatçılarla mübarizədə Ukrayna ordusuna dəstək verdiyi, bu məqsədlə Kiyevə altdan-altdan özəl ordular göndərdiyi üçün Moskva buna adekvat cavab verməlidir”.
Təbii ki, Ukraynanın şərqindəki separatçılar arasında bu təşəbbüs canlı maraq yaradıb və onları xeyli ruhlandırıb: “Bu, bizə kömək üçün yaxşı vasitə olacaq”. Separatçıların liderlərindən biri Denis Puşilin nəşrə açıqlamasında belə deyib. Bundan əlavə, özəl hərbi strukturların əməkdaşları lazım gələrsə, Rusiyanın Qafqazdakı ordu birləşmələrindəki əsgərləri, o cümlədən tanınmamış Abxaziya və Cənubi Osetiyadakı hərbçiləri əvəzləyə bilərdilər”.
Müəllifin toxunduğu daha bir maraqlı məqam: “Bundan başqa, özəl ordunun əməkdaşlarının xidmətində Rusiya sərhədlərindən uzaqda olan ölkələr də maraqlı ola bilərdilər. Misal üçün, vaxtilə Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafi daxildəki rəqiblərini susdurmaq üçün rus və ukraynalı hərbi ekspertləri dəvət eləmişdi. Moskva bu plan üzərində işləməklə açıq-aşkar Amerika nümunəsinə əsaslanır. Məsələ ondadır ki, Vaşinqton artıq uzun illərdir ki, bütün dünya üzrə özəl ordulardan istifadə edir. Belə ki, Ağ Ev hökumətinin göstərişi ilə onun əməkdaşları Latın Amerikası ölkələrində narkotik ticarətinə qarşı mübarizə aparır, Əbu-Dabidə isə şah ailəsini təhlükəsizliyinə cavabdehdir”.
“Lakin “Blackwater”in imici İraqdakı hərəkətləri ilə güclü şəkildə korlanıb. Belə ki, onun əməkdaşları İraqda mülki insanlara işgəncə verilməsi və onların güllələnməsində iştirak ediblər. Bu barədə isə geniş ictimaiyyətə Wikileaks-in sayəsində məlum olmuşdu”, – deyə müəllif fikrini tamamlayır.
****
Şübhə yox ki, Putin rejiminin yaratmaq istədiyi və “Blackwater”in analoqu olacaq bir hərbi qurum daha qorxulu şəkildə zühur edəcək. Azərbaycan xalqının milli maraqlarının da bundan zərər görəcəyi istisna deyil. Ən azı iki faktora görə: birincisi, Ermənistanda da Rusiya hərbi kontingenti yerləşir və Qarabağda yeni savaşın başlayacağı təqdirdə onların özəl (əslində başkəsən) ordu ilə əvəzlənəcəyi realdır.
İkinci yandan, sirr deyil ki, rəsmi Moskva öz köklü maraqlarının diktəsi ilə MDB məkanındakı avtoritar və diktatura rejimlərinin himayəçisi qismində çıxış edir. Yəni fors-major vəziyyətlərdə və ya rəngli inqilablar zamanı belə rejimlərə gizlicə keyfiyyətli hərbi dəstək vermək məsələsi. Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının son fövqəladə toplantısında prezident Putin bununla bağlı kifayət qədər açıq mesaj verib.
Siyasət şöbəsi

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məşhur aktyor 95 gündən sonra xəstəxanadan çıxıb

Next Post

Messi və Neymar ilk təlim məşqə çağırılmadı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Messi və Neymar ilk təlim məşqə çağırılmadı

Kütləvi dava ilə bağlı RƏSMİ MƏLUMAT

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.