"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rusiyanın daxilindəki gerizəkalılar ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoyurlar”

02 Aprel 2022 - 12:47
in MANŞET

Qüdrət Həsənquliyev: “Başa düşmürlər ki, nə Azərbaycan, nə də onun təbii müttəfiqi Türkiyə 90-cı illərin Azərbaycanı və Türkiyəsi deyil”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxuularımıza təqdim edirik:
– Qüdrət bəy, Rusiyadan növbəti bir deputat Azərbaycanı raketlə vura biləcəkləri ilə hədələyib. Onlar bununla nəyə nail olmaq istəyirlər?
– Təəssüflə deməliyəm ki, onlar Rusiyanın buna qadir olduğunu Azərbaycanda çoxlarının düşündüyünü anlaya bilmirlər. Həmin adamlar öz qeyri-ciddi, nifrət dolu və təcavüzkar açıqlamaları ilə bu cür düşünənlərin sayını artırdıqlarının da fərqində deyillər. Sağlamlıq problemləri olan bu deputatlar Ukraynada başlatdıqları qardaş qırğınına necə son qoymaq haqqında düşünməli olduqları halda, prezidentlərinin Azərbaycanla müttəfiqlik barədə imzaladığı sazişin mürəkkəbi qurumamış bizi raketlərlə bombalayacaqları ilə hədələyirlər. Ona görə ki, Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməyə çalışır və bunun üçün Rusiyanın da imzaladağı 10 noyabr sazişinin icra olunmasını tələb edir.
Onlar anlamırlar ki, Türkiyə NATO üzvü olsa da Rusiyaya qarşı sanksiyalara qoşulmadı və Rusiyanı Ukraynada düşdüyü vəziyyətdən çıxarmağa, Rusiya Federasiyasını dağılmaq təhlükəsindən xilas etməyə çalışır. Onu da başa düşmürlər ki, nə Azərbaycan, nə də onun təbii müttəfiqi Türkiyə 90-cı illərin Azərbaycanı və Türkiyəsi deyil. Dumanın hər yerindən duran deputatı bizi hədələməklə qorxuda bilməz. Biz zamanla Azərbaycan haqqında artıq-əskik danışan daha statuslu Duma üzvülərinin ağzının üstündən vurmuşuq. Əslində Rusiyanın daxilindəki gerizəkalı, zamanla ayaqlaşa və yeni geosiyasi reallıqlarla barışa bilməyən imperialist güclər hamını nüvə bombası ilə hədələməklə, Federasiyanı qonşuları ilə münaqişəyə cəlb etməklə onu təcrid olunmaq və dağılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Rəsmi Moskvanın belələrini məsuliyyətli olmağa çağırması yetərli deyil. Putinin Ukrayna ilə müharibəyə son qoyub ciddi islahatlara başlaması lazımdır. Rusiya onunla dost olmaq və səmimi əməkdaşlıq etmək istəyən ölkələrin suverenliyinə və imzaladığı sazişlərə hörmət etməlidir.
– Putin müharibəni dayandırıb islahatlara gedərmi?
Putin qətiyyətli və güclü siyasət adamıdır.O islahatların qaçılmaz olmasına əmin olsa Rusiyanın inkişafı naminə buna gedəcək. Müharibənin uzanması və köklü islahatlara gedilməməsi Rusiyanı inkişafdan saxlayacaq. Bu da sonda ölkədə ciddi sosial-iqtisadi və siyasi böhrana səbəb olacaq. İslahatlar başqa liderlərin zamanına qalsa Rusiya bunu çox ağrılı keçirəcək. Rusiya Ukraynanın neytrallığı və Krımda hərbi bazalarının saxlanılması qarşılığında 2014-cü ilin vəziyyətinə qayıtmalı, Ukraynanın ərazi bütövlüyünü tanımalı, qonşularla normal münasibətlər qurmalıdır.
– Qərb niyə Ukraynaya ciddi dəstək vermir?
Qərbin ifrat liberallaşması ancaq yumşaq, güzəştəmeyilli və qarşıdurmadan qorxan siyasətçilərin partiyadaxili və ümummilli seçkilərdə qələbəsini təmin edir. Həmin liderlər Rusiyaya güzəştə getməklə onu sakitləşdirməyə meyillidirlər. Həm də müharibədən qorxurlar, ona görə Ukraynaya Rusiyanı dayandıracaq və ölkədən çıxarda biləcək gücdə və miqdarda silah vermirlər. Yəqin ki, belə davam edərsə, zamanla Ukraynanı ciddi itkiləri qəbul etməklə sülh sazişi imzalamağa da məcbur edəcəklər. Vaxtilə ABŞ Ukraynanı “Budapeşt memerandumunu” imzalamağa məcbur etdiyi kimi.
– Qüdrət bəy, 6 apreldə Brüsseldə Ermənistanla Azərbaycan arasında keçiriləcək danışıqlardan nəticə gözləməyə dəyərmi?
– Sözsüz ki, yox. Rusiyanın istəyi olmadıqca Ermənistan nə bizimlə, nə Türkiyə ilə münasibətləri normallaşdıra bilməz. Ona görə danışıqları Rusiya ilə aparmalıyıq.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu daha da genişlənməlidir” – VİDEO

Next Post

Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib – YENİLƏNİB

Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb – FOTO

Azərbaycan və İtaliya XİN başçıları Bakıda görüşüb - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.