Xüsusi əməliyyat zamanı Ukrayna qoşunlarına ciddi ziyan vurulub. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi demək olar ki, məhv edilib, Hərbi Dəniz Qüvvələri mövcudluğunu dayandırıb.
Elchi.az-ın xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
“Ukrayna Silahlı Qüvvələrinə ciddi ziyan vurulub. Havada üstünlük qazanılıb. Ukraynanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi praktiki olaraq məhv edilib”, – Şoyqu bu gün keçirdiyi müşavirədə vurğulayıb.
Onun sözlərinə görə, əməliyyat başlayana qədər Ukrayna qoşunlarının döyüş tərkibində olan 152 təyyarədən 123-ü, 149 helikopterdən 77-si, 180 uzaq və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən 152-si məhv edilib: “Ölkənin hərbi dəniz qüvvələri mövcudluğunu dayandırıb. Quru və hava desant qoşunlarının bütün birləşmələri əhəmiyyətli itkilərə məruz qalıb”.






