"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın qazı Avropaya Çindən çatdırılacaq?

07 Sentyabr 2022 - 13:14
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

“Rusiyanın “Şimal axını” boru xəttini sentyabrın 2-də “təmir” adıyla fəaliyyətini müvəqqəti dayandırması Avropa ölkələrində ciddi narahatlığıa səbəb oldu. Həmin tarixdən başlayaraq qazın nəqli tamamilə dayandırıldı. Brüssel Moskvanın “təmir” izahını bəhanə kimi qiymətləndirdi. Rusiyanın “Qazprom” şirkəti isə Brüsselin ittihamlarıyla razılaşmayaraq boru xəttində “xətalar” aşkarladığını açıqladı. Brüssel Moskvanı qaz tədarükündə etibarsız tərəfdaş elan edib”.

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Rusiya qaz nəqlindən siyasi təzyiq aləti kimi istifadə edir:

“Kreml vaxtilə Ukraynada birinci “narıncı inqilabıyla” dəyişən hakimiyyətə və Kiyevə dəstək verən Avropaya təzyiq etmək məqsədilə də qazın nəqlini dayandırmışdı. Kreml hazırda eyni üsulla Qazaxıstana da təzyiq edir. Qazaxıstan hakimiyyətinin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstək vermədiyinə görə qazax neftinin nəqlində problemlər yaşanır. Qazaxıstanın dünya bazarlarına nəql etdiyi boru xətti Rusiya ərazisindən keçir. Rusiya hakimiyyəti də istədiri zaman neftin nəqlini yenə “təmir” adıyla dayandırır. Bu səbəbdən Qazaxıstan təcili neftinin nəqlini şaxələndirməyə çalışır.

Bu arada, Qərb mətbuatının xəbərlərinə görə, Rusiya qazı Avropaya Çin üzərindən çatdırıla bilər. Maraqlı vəziyyətdir. Rusiya birbaşa qonşu Avropaya qaz nəql etmir və Brüssel ümumiyyətlə Rusiya qazından imtina etməyə çalışır. Ancaq ağır qış aylarına hazırlaşan Avropanın mavi yanacağa ehtiyacı var. Azərbaycan, Qətər, Əlcəzair, Misir və ABŞ qazı Avropaya kifayət etmir. Rusiya Avropaya sata bilmədiyi qazı böyük həcmdə Çinə satmağa çalışır. Ancaq Çin qazı yalnız Rusiyadan almır, Mərkəzi Asiya ölkələrindən də mavi yanacaq idxal edir. Bununla yanaşı Çin yaxşı pul qazanmağın hiyləgər yolunu da tapıb. Rusiyadan böyük həcmlərdə qazı almalı olan Çin mavi yanacağın bir hissəsini sıxılmış qaz şəklində daha baha qiymətə Avropa ölkələrinə sata bilər.

Sanksiyalar fonunda Rusiyanın Çinə qaz nəqlinin həcmi 63 fazi artıb. Bu həcmdə qaz Çinə lazım deyil. Daxili tələbat ödənir. Brüsselin Çin üzərindən Rusya qazını alacağı müzakirə mövzusudur, hələ ki, bununla bağlı qərar yoxdur. Ancaq əgər Avropa soyuq qış aylarında əlacsız qalarsa Çin üzərindən Rusiya qazının alışı variantını də nəzərdən keçirəcək.

Avropa Ittifaqı ABŞ-la İran arasında yeni nüvə sazişinin imzalanmasını da istəyir. Çünki bu halda İrana qarşı sanksiyalar yumşalacaq və Avropa ölkələri İrandan daha çox neft ala biləcək, Tehranla qazın nəqli mövzusunu da müzakirə edəcəklər. Tehran nüvə sazişi ilə bağlı təklfilərini Vaşinqtona Brüsselin vasitəçiliyi ilə göndərib. Brüssel Tehranın yeni təkliflərini müsbət qiymətləndirib. Ancaq Vaşinqtona qərar verməkdə tələsmir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var”

Next Post

Paşinyan: Azərbaycanla sərhədin açılmasında maraqlıyıq

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Paşinyan Putinə təşəkkür etdi

Paşinyan: Azərbaycanla sərhədin açılmasında maraqlıyıq

Bağçalara növbəyə yazılma prosesinə başlanıldı

Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.