Rusiya ilə həmsərhəd Bryansk bölgəsində baş verən partlayış nəticəsində yük qatarı relsdən çıxıb.
Elchi.az xəbər verir ki,yerli qubernator Aleksandr Boqomaz bildirib ki, partlayıcı qurğu Ukraynadan 60 km aralıda Bryansk-Uneça xətti boyunca işə düşüb.
Rusiya Dəmir Yolları bildirib ki, Moskva vaxtı ilə saat 10:17-də (GMT 07:17) baş verən insident nəticəsində lokomotiv alovlanıb və yeddi yük vaqonu relsdən çıxıb.
Ukrayna və Belarusla həmsərhəd olan regionda Rusiya Ukraynanı işğal etdikdən sonra təxribat aktları baş verib.
Qatarın neft məhsulları və taxta daşıdığı bildirilir. Xəsarət alanlar barədə məlumat verilməyib.
“Naməlum partlayıcı qurğu Bryansk-Uneça dəmir yolu xəttinin 136 kilometrlik hissəsində işə düşüb və yük qatarını relsdən çıxarıb”, – cənab Boqomaz Telegram-da yazıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə tank vaqonlarının boz tüstü ilə yan tərəfə çevrildiyi görünür.
Nuranə Məmmədova




