“Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiyanın bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?”
Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Türkiyə prezidentibildirib ki, türk hərbi kontingentinin Şimali İraqdan çıxarılması məsələsi müzakirə predmeti deyil.
Regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.




