
Rusiyanın Novorosiysk şəhərində Suriya göndərilməsi planlaşdırılan rus əsgərləri var.
Avropa.info xəbər verir ki, bu haqda jurnalist araşdırması aparan Qazeta.ru nəşri yazıb. Lakin müqavilə əsasında xidmət edən bir neçə hərbçi belə “ezamiyyət”dən imtina edib. Onlar imtinalarına yazılı əmrin olmamasını və qanun pozuntusunun olmasını əsas gətirirlər.
Məqalədə deyilir ki, Şərqi hərbi dairənin 20 nəfər üzvündən hərbi texnika boşaltmaq adı ilə xüsusi bölük yaradılıb. Novorossiyskə yollanan hərbçilərə verilən vəsiqədə qayıdış tarixi göstərilməyib. Komandirləri isə onlara deyib ki, “qızmar ölkə”yə məzuniyyətə gedirlər. Bu haqda Qazeta.ru-ya başda leytenant Aleksey N. olmaqla müqavilə 4 “kontraktnik” məlumat verib. Bundan əlavə xarici pasport düzəltmək üçün sənədlərini alıblar.
16 sentyabrda hərbi hissəyə Baş Qərargahdan nümayəndə gəlib. O, hərbçilər qarşısında fərqlənmə nişanı olmadan, mülki formada çıxış edib. Bildirib ki, xaricə ezamiyyətə göndərilirsiniz. Yer kimi Suriyanın Lazkiyə şəhərini göstərib. Ezamiyyətin detallarını açıqlamaqdan imtina edib.
Suriyaya göndəriləcəklərini eşitdikdən sonra hərbçilər rəsmi şəkildə imtina edibər. Ancaq onların sözlərinə görə, yerli prokurorluq şikayətlərini qəbul etməyib. Hərbçiləri aparacaq gəminin səfəri təxirə salınıb.
Nəşr sübut kimi müqavilə əsasında işləyən hərbçilərin vəsiqələrinin fotokopiyasını göstərib. Ezamiyyət 30 sutka üçün verilir. Təyinat hədəfi isə “taktik təlim və yüklərin daşınması” kimi göstərilib.
Qeyd edək ki, Rusiyanın Suriyaya hərbi texnika və canlı qüvvə göndərməsi son zamanlar dünya mətbuatının gündəm mövzusudur. Moskva Suriyada hərbi iştirakını inkar etmir.



