İrəvan və bir neçə vilayətdə maye qaz çatışmazlığı yaranıb.
Elchi.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, qaz çatışmazlığı səbəbindən yanacaqdoldurma məntəqələri satışı dayandırıb, fəaliyyət göstərənlərin isə qarşısında böyük növbələr yaranıb.
“İnsanlar saatlarla gözləyir. Bəzilərinin isə növbəsi çatanda deyirlər ki, qaz yoxdur. Məsələ burasındadır ki, maye qaz gətirən yük maşınları sərhədi keçə bilmir, nəticədə maye qazın süni qıtlığı yaranır və onun qiyməti qalxır. Əvvəllər maye qaz gətirən yük maşınları sərhədi növbəsiz keçirdi. Əgər problem həll olunmasa, bəlkə də yaxın gələcəkdə Ermənistanda maye qazın tam qıtlığı yarana bilər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bir müddət öncə litri 100 dram (25 sent) olan maye qaz hazırda 200 dramdan artıq qiymətə satılır.
Qeyd edək ki, dünəndən etibarən Rusiya Ermənistana qazın verilişini dayandırıb. Rəsmi Moskva bunu “Şimali Qafqaz-Cənubi Qafqaz” magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar olduğunu bildirib. Lakin ermənilər bunu Rusiyanın Ermənistana təzyiqi hesab edirlər.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





