"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın Tomsk vilayəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

15 İyul 2014 - 08:46
in İQTİSADİYYAT

siaphoto_420569Rusiyanın Tomsk vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində bu gün Azərbaycan-Rusiya biznes forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kimya sənayesi avadanlığı, elektroenergetika, mühəndis tədqiqat işləri, İKT və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxışında Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafa nail olunub, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb: “Bunun nəticəsidir ki, xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, həmçinin iş adamlarının artan imkanları ölkəmizi xarici investora çevirib. Bu gün Azərbaycan iş adamları dünyanın bir çox ölkələrində həyata keçirilən layihələrdə uğurla iştirak edir, xarici ölkələrə investisiya yatırır”.

R. Məmmədov bildirib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb: “Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb.  Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları, qeyri-neft sektoruna isə 168,9 mln. ABŞ dolları investisiya yatırılıb”.

O həmçinin qeyd edib ki, son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilib: “Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Biz Rusiyanın ayrı-ayrı subyektləri ilə geniş əməkdaşlıq edirik. Lakin Tomsk vilayəti ilə bağlı təəssüf ki, bunu deyə bilmərəm. Odur ki, hesab edirəm bu gün bizim müzakirə edəcəyimiz bix çox məsələlər olacaq”.

Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan Rüfət Məmmədov Rusiya iş adamlarını ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Rusiyanın Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının Xarici iqtisadi fəaliyyətin inkişafı mərkəzinin direktoru Aleksandr Belyayev Rusiya iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini qeyd edib.

Biznes Forumda AZPROMO-nun nümayəndəsi Zaur İbrahimov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Sonra Azərbaycanın “Səhhət” Klinikası və Rusiyanın “Korporativ Tibb Mərkəzi” arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Qeyd edək ki, forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və Investisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.

Samirə Abdullayeva

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ

Next Post

Cari ilin altı ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi artıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Cari ilin altı ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi artıb

Bu gün İsmayıllıda qaz olmayacaq

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.