“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın təhlükəsizliyini təhdid edir”.
Elchi.az “Euronews”-a istinadən xəbər verir ki, bunu Almaniyada dövlət səfərində olan Böyük Britaniya kralı III Çarlz Bundestaqın deputatları qarşısında çıxışı zamanı bildirib.
“Dünya Ukraynadakı müharibədən şoka düşüb, lakin boş dayanmır və bu ölkədəki münaqişənin həllində birlik nümayiş etdirir. Müharibə çoxlu sayda insanın tələfatına səbəb olub.
Avropanın təhlükəsizliyi və demokratik dəyərlərimiz risk altındadır. Lakin Ukraynada sülhün və azadlığın bərpasına gəlincə, birliyimiz bizi ruhlandırır”, -deyə III Çarlz çıxışında bildirib.
Yeganə





