Rusiyanın xarici ticarətində Çin, Hindistan, Türkiyə və Azərbaycan Avropa İttifaqını əvəz edib.Çinlə ticarət isə bu il 200 milyard dollara çata bilər.
Elchi.az xəbər verir ki, bu sözləri Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən “Ruslan Davydov” RİA Novosti-yə müsahibəsində deyib.
“Müqəddəs yer heç vaxt boş qalmaz. Çin çox ciddi şəkildə inkişaf edir. Düşünürəm ki, ölkələrimizin liderlərinin ticarətlə bağlı qarşıya qoyduğu 200 milyard dollar vəzifəsinə, əgər kataklizmlər olmasa, bu il nail olmaq olar”. ..
Agentliyin həmsöhbəti əlavə edib ki, Hindistan, Türkiyə və Azərbaycanla ticarət dövriyyəsi də fəal şəkildə artır. “Bu ölkələr artıq bizim Avropa ilə ticarətimizi əvəzləyiblər: cənub və şərq istiqamətləri çox fəal inkişaf edir”, – o izah edib.
Nuranə Məmmədova




