Rusiyanın Qara dənizdə “Sukra Okan” yük gəmisinə atəş açması yalandır.
Elchi.az xəbər verir ki, bu barədə “İnformNapalm” məlumat yayıb.
“Başqa gəmidə olan dənizçilər hadisənin şahidi olublar. Onlar deyirlər ki, Rusiya gəmi istiqamətində atəş açmayıb. Bundan başqa, ruslar özlərinin dediyi kimi heç gəmidəki yükü də yoxlamayıblar, çünki gəmidəkilər onların saxlamaq tələblərinə əməl etməyərək Türkiyə sularına doğru istiqamət alıblar. Heç bir helikopter və atəş açmaq olmayıb. Yalnız ruslar radioefir vasitəsilə təhdid ediblər. “Sukra Okan”ın göyərtəsində türkiyəli heyət var idi, onlar da ruslara tabe olmaqdan imtina etdilər. Ruslar da daha sonra “uğurlu yoxlama” barədə məlumat yaydılar”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Vasili Bıkov” gəmisinin Qara dənizdə Ukraynanın İzmail limanına gedən Palau bayrağı altında üzən “Sukra Okan” yük gəmisini saxlaması barədə rəsmi məlumat yayılmışdı.
Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür
Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...





