ABŞ prezidenti Barak Obama Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il müddətinə uzadıb.
Bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
Məlumatda vurğulanır ki, əvvəlki fərmanlarda göstərilən hərəkət və siyasət davam edir və bu hal ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə kəsb edir.
“Mən 13660 saylı fərman ilə elan olunan fövqəladə vəziyyəti bir il uzadıram”, — deyə yayılan sənəddə bildirilib.
Fərman 2014-ci il martın 6-də dərc olunub.




