Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün keçirilən mətbuat konfransı zamanı ölkənin turizm sektorunun müəyyən çətinliklər çəkməsini etiraf edib.
Bu barədə `Reuters`-ə istinadən xəbər verir.
O, Türkiyə və Rusiya arasında münasibətlərin pisləşməsi ilə əlaqədar turizm sektoruna hökumətin dəstək vermək planlarının olduğunu bəyan edib. Turizm sektoruna, həmçinin ölkə daxilində qeyri-sabitlik də təsir edib. Davudoğlu eyni zamanda bu sahəyə 87 milyon dollar qrant ayrılacağına dair də söz verib.
Baş nazir ölkələr arasında gərginliyin azalmasına baxmayaraq bu ölkəyə gələn rus turistlərin sayının azalmayacağına ümid etdiyini bildirib.




