Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən daha əvvəl elan edilmiş Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi Rusiya KİV-lərinin yayımı üçün lisenziyaların dayandırılması müddətinin uzadılmasını ehtiva edə bilər.
Elchi.az-ın Bloomberg-ə istinadən məlumatına görə, söhbət Rusiya hakimiyyətinin nəzarətində olan, Aİ və onun qonşularının zərərinə təbliğat yaymaqda, faktları manipulyasiya etməkdə və təhrif etməkdə ittiham olunan mediadan gedir.
Fon der Leyenin daha əvvəl dediyi kimi, yaxın günlərdə yeni sanksiyalar paketi təklif olunacaq. 2022-ci ilin fevralından Vladimir Putinin göstərişi ilə Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə bağlı 9 sanksiya paketi artıq qüvvəyə minib.
Yeganə




