"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ruslan Abışov: “Qarabağ”ın qrupa düşmək şansı “Neftçi”dən çoxdur”

18 Avqust 2014 - 14:46
in İDMAN

Milli komandamızın və “Qəbələ” klubunun müdafiəçisi Ruslan Abışovun Qol.Azruslan-abisov saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

– Artıq Premyer Liqamızın iki turu arxada qaldı. İlk turda “İnter”lə görüşdə acı məğlubiyyətlə (0:4) üzləşsəniz də, son oyunda “Araz Naxçıvan”ı məğlub edə bildiniz. “Qəbələ” iki fərqli oyun nümayiş etdirdi. Bu görüşlər haqda fikirlərini bilmək istərdik.

– “İnter”lə matç haqda danışmaq istəmirəm. Çünki həmin məğlubiyyəti unutmuşuq. Dünənki qarşılaşmaya gəldikdə isə rəqibimiz Premyer Liqanın debütantı olsa da, yaxşı oyun sərgilədi. “Araz Naxçıvan” pis komanda deyil. Biz isə ancaq qələbəyə köklənmişdik. İlk turlarda əsas olan nəticə qazanmaqdır. Şükürlər olsun ki, bunu bacardıq. Yeni futbolçulardan qurulmuş komandamız var. Baş məşqçi də yenidir. Bizə zaman lazımdır. Müəyyən müddətdən sonra hər şey daha yaxşı olacaq.

– İlk turdakı böyükhesablı məğlubiyyətin səbəbləri kimi qeyd etdiyin amilləri göstərmək olar?

– Bəli, “Qəbələ”də hər şey yenidir. Oyun sistemində də dəyişiklik olub. Futbolçuların bir-birini və məşqçinin nə istədiyini başa düşmək üçün vaxt lazımdır.

– “Qəbələ”nin heyətində bir neçə oyun keçirmisən. Tədricən əvvəlki formanı yığa bilirsən?

– Komandama əlimdən gələn maksimum köməyi etməyə çalışıram. Hiss edirəm ki, oyundan-oyuna formamı bərpa edirəm. Əvvəlki formamı yığmaq üçün daha çox oynamalıyam.

– Gələcək karyeran haqda nə düşünürsən, “Qəbələ” ilə icarə müddəti başa çatdıqdan sonra “Rubin”ə qayıtmaq fikrin var?

– Bütün bunları zaman göstərəcək. Vəziyyətdən asılı olaraq qərar verəcəyik.

– Milli komandamız Özbəkistan və Rusiya ilə yoxlama oyunu keçirəcək. Bu görüşlər haqda nə deyə bilərsən?

– Seçmə mərhələ oyunu öncəsi hansı komanda ilə qarşılaşmağımızın fərqi yoxdur. Bizim üçün bu oyunların xeyri çox olacaq. “Qarabağ” və “Neftçi”nin heyətindən futbolçular çağırılmadığı üçün milliyə yeni futbolçular dəvət olunub. Yəqin baş məşqçi onlara şans verəcək. Hər iki görüşdə qələbə qazanmağa çalışacağıq. Çünki seçmə mərhələnin oyunlarından öncə qələbə bizə vacibdir.

– Berti Foqts yığmaya 11 milliləşdirilmiş legioner dəvət edib. Buna münasibətin necədir?

– Bu, baş məşqçinin seçimidir. Onun verdiyi qərar haqda heç nə demək istəmirəm.

– Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bolqarıstan yığması ilə qarşılaşacaq. Bizim üçün tanış olmayan bu rəqib haqda nə söyləmək olar?

– Bu, seçmə mərhələnin ilk oyunu olacaq. Öz meydanımızda, azarkeşlərimiz önündə mübarizə aparacağıq. Açılış oyununda qələbə qazanmaq istəyirik. Çalışacağıq ki, ötən seçmə mərhələdə buraxdığımız səhvləri təkrarlamayaq. Bolqarıstanın oyununa o qədər də bələd deyilik. Ancaq indi Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq, seçmə mərhələyə qələbə ilə başlamalıyıq.

– “Qarabağ” və “Neftçi”nin Avroliqanın qrup mərhələsinə düşmək şansını necə qiymətləndirirsən?

– Hər iki klubumuzun Avroliqanın qrupunda oynamağını çox arzulayıram. İndiki halda komandalarımızın şanlarını yüksək qiymətləndirirəm. Məncə, hər iki komandamız qrup mərhələsinə vəsiqə qazana bilər. İnanıram ki, həm “Qarabağ”, həm də “Neftçi” uğurlu nəticə ilə xalqımızı sevindirəcək.

– Hansı komandamızın işi daha çətin görünür?

– “Qarabağ”ın rəqibi nisbətən güclüdür. “Tvente” Hollandiya klubudur. Hollandiya futbolu isə hamıya məlumdur. Ancaq “Qarabağ” öz sözünü dedi. Komandamızın yaxşı futbolçuları və baş məşqçisi var. Güclü rəqib olmasına baxmayaraq, mən “Qarabağ”ı qrup mərhələsinə adlamaqda daha şanslı sayıram.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağ əlilləri aksiya keçirir

Next Post

Türkiyənin milli müdafiə naziri Naxçıvana gəlib

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Türkiyənin milli müdafiə naziri Naxçıvana gəlib

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.