Kremlin dəstəklədiyi rus hakerlərdən ibarət bir qrup Türkiyə parlamentinin kompüterlərinə daxil olmaq üçün hücuma keçiblər.
Avropa.info xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə rus hakerlər bu günə qədər görünməmiş dərəcədə böyük bir kiber hücum həyata keçiriblər.
Rus hakerlər ötən həftə Türkiyənin Nazirlər Kabinetinin və parlamentin kompüterlərinə daxil olmaq üçün “Piyada Fırtınası” adı altında nəhəng bir kiber hücum həyata keçiriblər. Türkiyədə kiber hücumlarla bağlı təhlükəsizlik tədbirləri artırılıb.
Rəsmi mənbələrdən əldə olunan məlumata görə ABŞ-ın kiber təhlükəsizlik şirkətlərindən bidinin məsələyə müdaxiləsi nəticəsində hücumun qarşısını almaq mümkün olub.
Dünyada soyuq müharibələrin davam etdiyi bir dövrdə Kreml rus milliyyətçilərdən ibarət bir haker ordusu qurmaq haqda qərar qəbul edib.
Rusiyanın 2007-ci ildə APT28, Sednit, Sofacy, Fancy Bear və Tsar Team adı altında qurduğu rus haker qrupları tarixin ən böyük kiber casusluq əməliyyatı üçün “Piyada Fırtınası” (Pawn Storm) adı altında birləşib.
Rusiyanın kiber hücumlarda hədəfi Kremlin dünyadakı maraqlarına zidd bütün ölkə və qurumlardır. ABŞ dövlət təşkilatları, Ağ Ev, NATO kimi hədəflərlə başlayan hücumlar zamanla ABŞ-ın dünyadakı müttəfiqlərinə qarşı da aparılır. Polşa və Ukrayna “Piyada Fırtınası”-nın ən çox zərər verdiyi ölkələrin başında gəldi.
Türkiyə ordusunun rus təyyarəsini vurmasından sonra isə Türkiyə rus hakerlərin yeni hədəfinə çevrilib.