Ukrayna əks-kəşfiyyatı Rusiyaya xidmət edən daha bir generalı yaxalayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı adının çəkilməsini istəməyən yüksək rütbəli zabitə istinadən yayıb.
O, həmin zabitin bir ay bundan qabaq yaxalandığını bildirib. Həmin şəxsin bir müddət öncə 95-ci briqadanın hərəkət planını ruslara satdığı və məhz buna görə Moskvadan 75 min dollar aldığı söylənilir. Hələlik həmin şəxsin adının mətbuata açıqlanmasına qadağa qoyulub.



