Rusiyanın yüksək səviyyəli hərbi nümayəndələri bu gün Türkiyəyə gələcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusunun 3 nəfərlik nümayəndə heyəti martın 30-na qədər Türkiyədə səfərdə olacaq.
Nümayəndə heyətinin İzmirin Foça limanında yerləşən Hərbi Dəniz Qüvvələrinin arsenalına baxış keçirəcəyi bildirilib.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasındakı münasibətlər olduqca pisləşmişdi.




