"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rüstəm İbrahimbəyov “Abbasov cəbhəsində”

10 Fevral 2015 - 08:42
in MANŞET

Milli Şuranın fəxri sədri “milyarderlərin” Moskva görüşünü təsdiqlədiimg1742314

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Bəli, mən Ramazan Abdulatipovla birlikdə restoranda olmuşam. Moskvanın müxtəlif restoranlarında birlikdə oturduğum müxtəlif millətləri və peşələri təmsil edən çox sayda digər məşhur xadimlərin də adlarını çəkə bilərəm. Son illər internetin meydana çıxması ilə nadir hallarda kitabxanalarda oluram. Restoranlara isə kifayət qədər tez-tez gedirəm, baxmayaraq ki, bu, sağlamlıq üçün zərərlidir”.

Bu sözləri tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov “Turan” a müsahibəsində deyib. Xatırladaq ki, bugünlərdə “Yeni Müsavat” Moskvanın elitar restoranlarının birində “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvlərinin görüşü olduğu barədə xəbər vermişdi. Xəbərdə deyilirdi ki,  həmin məclisdə Dağıstan prezidenti Ramazan Abdulatipov və Abbas Abbasovla bərabər Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, eləcə də bu qurumun digər üzvləri olub.
R.İbrahimbəyov deyib ki, fevralın 2-də “Modern” teatrında məşhur teatrşünas Natalya Staroselskayanın Bakının “İbrus” teatrına həsr edilmiş kitabının təqdimatı keçirilib: “Abbas Abbasov teatrı, məni və kitab müəllifini təbrik etməyə gəlmişdi. Ramazan Abdulatipovla biz bu yaxınlarda Rəsul Həmzətov haqqında ssenari yazmışıq, qardaşım oğlu Murad isə bu ssenari üzrə film çəkib. Filmə artıq minlərlə tamaşaçı baxıb, amma əsas təqdimat hələ irəlidədir”.
R.İbrahimbəyovun sözlərindən belə anlaşılıb ki, məclisdə “Milyarderlər ittifaqı”nın digər tanınmış simaları da olub: “Araz Ağalarovu uşaqlıqdan tanıyıram və onun bunda günahı yoxdur. Vaqit Ələkbərov, Telman İsmayılov, İsgəndər Xəlilovla həyatda dəfələrlə qarşılaşmışam, o cümlədən, Azərbaycan xüsusi xidmətləri tərəfindən ”Milyarderlər ittifaqı” adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsis qurultayında da”.
Milli Şuranın fəxri sədri “AzerRos”da baş verənlərə görə Azərbaycandakı qüvvələri  suçlayıb: “”AzərRos”da problemlər var və bu problemlər Azərbaycanda hansısa qüvvələrin Abbas Abbasovu bu təşkilatın rəhbəri vəzifəsindən uzaqlaşdırmaq cəhdləri ilə əlaqədar yaranıb. Amma böyük regional təşkilatların əksəriyyəti Abbas Abbasovu Rusiyada nüfuza və imkana sahib insan kimi tanıyır, mədəni muxtariyyətimizə böyük fayda gətirə biləcəyini dərk edərək onu dəstəkləyir”.
R.İbrahimbəyov Azərbaycan hakimiyyəti ilə münasibətlərinin hələ də çox gərgin olduğunu təsdiqləyən fikirlər işlədib: “Mən digər nüfuzlu təşkilatın – Ümumrusiya Azərbaycan Konqresinin də Rəyasət Heyətinin üzvüyəm və onun təsisçilərindən biri olmuşam. Amma son vaxtlar ÜAK iclaslarına getmirəm ki, onun rəhbərliyini də Azərbaycanda dövlət çevrilişində ittiham edərlər. Azərbaycan vətəndaşlarının hüquqlarının kütləvi şəkildə pozulması və ölkədə baş verən çox şeylə razılaşmamağı vətəndaş və yazıçı olaraq vəzifəm hesab edirəm, amma bu, siyasət deyil və istənilən başqa, hətta çox demokratik olmayan bir dövlətdə bu, normal qəbul edilərdi. Lakin Azərbaycanda bərqərar olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilişi təşkil etməkdə suçlayır. Azərbaycanda siyasi qurbanların sayı günbəgün artmasa idi, maniyaya bənzəyən bu ideya gülüş doğurardı. Hakimiyyət başa düşmür ki, yalnız vətəndaş cəmiyyətinin fəallığı onu güclənməkdə olan xalq iğtişaşından xilas edə bilər”.
R.İbrahimbəyov açıqlaması ilə “Yeni Müsavat”ın xəbərini təsdiq etməklə bərabər yazıdakı iddialara da qismən işıq salıb. Məsələn, yazıda belə bir iddia da vardı ki, Rusiya 2015-ci il parlament seçkiləri ərəfəsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəltməklə Azərbaycan iqtidarına təzyiq etmək niyyəti güdə bilər. R.İbrahimbəyovun müsahibəsindən də açıq görünür ki,  A.Abbasovun yenidən “Azərbaycan əzabkeşi” obrazı yaradılır. 2013-cü il fiaskosundan sonra hakimiyyətlə münasibətlərini düzəltmək üçün açıqlamalarında xeyli korrekt olan R.İbrahimbəyovun yenidən “Azərbaycanda bərqərar olmuş rejim onu mədh etməyən hər kəsi düşməni sırasına aid edir və dövlət çevrilişi təşkil etməkdə suçlayır”kimi ifadələr işlətməsi diqqət çəkir.  Nəhayət, ən əsası, hakimiyyətin “qara sıyahısında” olan Abbas Abbasovla məsafə saxlamağa çalışan kinodramaturqun yenidən “Abbasov cəbhəsinə” keçməsi də göz önündədir.
Xəbər xidməti
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elmar Vəliyevin oğlunun müsahibəsi neçəyə başa gəlib?-İDDİA

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Neft ucuzlaşıb

ABŞ prezidenti Moskvaya getməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.