Milli Şura fəxri sədrinin Azərbaycanda olub-olmamasının siyasi hakimiyyəti artıq maraqlandırmadığı deyilir…
Milli Şuranın fəxri sədri, mühacirətdə yaşayan xalq yazıçısı Rüstəm İbrahimbəyov qardaşı Maqsud İbrahimbəyovun qəfil ölümündən sonra Bakıya döndü. Martın 23-də Bakıya gələrək qardaşının dəfn törəninə qatılan R.İbrahimbəyov dünən ölkəni tərk edib.
Yada salaq ki, R.İbrahimbəyovun Milli Şura sədri olaraq 2013-cü ildə prezidentliyə namizədliyi irəli sürülmüşdü. Bundan sonra Vergilər Nazirliyi Kinematoqrafçılar İttifaqında səyyar yoxlamalara başlamış, 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün ayrılmış pulların mənimsəndiyi barədə rəsmi xəbər yayılmışdı. Fakt üzrə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Kinematoqraflar İtttifaqının nümayəndəsi Lalə Əfəndiyevaya ittiham elan olunmuşdu. İttifaqın rəhbəri Rüstəm İbrahimbəyov isə bu ittihamları qurama adlandıraraq, siyasi fəaliyyəti və hakimiyyəti tənqid edən fikirləri ilə əlaqələndirir və məqsədin onu susdurmaq olduğunu bildirmişdi.
Son nəticədə R.İbrahimbəyovun prezidentliyə namizədliyi qeydə alınmadı və o, mühacirətə yollandı. Ötən müddət ərzində R.İbrahimbəyovun geri dönəcəyi təqdirdə həbs ediləcəyi haqda dəfələrlə xəbərlər yayılmışdı. Xüsusən hakim partiya nümayəndələri tez-tez belə bəyanatlarla çıxış edirdilər.
Adının çəkilməsini istəməyən mənbədən aldığımız məlumata görə R.İbrahimbəyovun ölkəyə gəlişinə və ölkədən çıxmasına hüquqi baxımdan hər hansı əngəl olmayıb və yoxdur. Çünki Rüstəm İbrahimbəyova qarşı əvvəl gündən heç bir cinayət işi və heç bir ittiham olmayıb. Hakim partiya rəsmilərinin dilindən R.İbrahimbəyov haqda səslənən fikirlərin faktiki əsası olmayıb. İttiham R.İbrahimbəyovun işçisinə qarşı olub deyə onun özünün Bakıda saxlanması da gerçəkləşdirilə bilməzdi.
Qaynağımız deyib ki, əgər R.İbrahimbəyov prezident seçkiləri öncəsi ölkəyə qayıtsa idi, onu həbs etmək üçün ittihamlar da ortaya çıxacaqdı. Prezident seçkilərindən iki il sonra onun personası hakimiyyətdəkiləri elə də əndişələndirmir və onun ölkədə olub-olmaması da siyasi hakimiyyət üçün maraq kəsb etmir.