Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tənqiqdçi Niyazi Mehdi Feysbuk hesabında maraqlı məqama toxunub.
Elchi.az N.Mehdinin paylaşımını olduğu kimi təqdim edir:
“Dostlar, iki söz var ki, türkdən gəldiyini bilməliyik. Biri “stakan”dır (“istəkan” yazmaq da normaldır). “Google” axtarışından görünür ki, rus dilçilərinin çoxu da onu əski türcədən olan “tostakan” (taxta kasa) sözündən alınmış sayırlar. O biri söz “tavar”dır. Bizim “davar” sözü onun fonetik variantıdır. “Tovariş” sözündə də var. Biz ərəbin “əmtəə” sözünü işlədirik. Yaxşı olmazmı iqtisad müəllimləri paralel olaraq sinonim kimi “tavar” da işlətsinlər və bunun “niyəliyini” anlatsınlar?!
Bütün bunları çuşqa (türkün “çoşqa” sözündəndir) ədəbazlığı üçün demirəm. Biz dilimizin, sözlərimizin başqalarına bu əskil etkilərini biləndə yeni nəsl ona daha böyük sayğı ilə, qədrbilənliklə yanaşır”.
Şayəstə





