"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rüşvət verməyən xəstəni evə getməyə qoymurlar – Rəzalət

25 Dekabr 2014 - 16:17
in SOSİAL

Ucar rayon Mərkəzi Xəstəxanasının həkimləri dünyaya uşaq gətirmiş anadan əməliyyat üçün rüşvət tələb edib.

29589Bu barədə Axar.az-a qeysəriyyə əməlliyyatı ilə ana olan Gülnar Məmmədovanın qohumları məlumat veriblər. Onların sözlərinə görə, yenicə uşaq dünyaya gətirən ananı bir neçə gündür ki, xəstəxanadan evə aparmaq istəsələr də, əməliyyatın pulu ödənilmədiyi üçün həkimlər buna imkan verməyib.

Şikayətçilər qeyd edir ki, onlardan pulu əməliyyatı həyata keçirən Cavanşir həkim tələb edib. Ailə imkansızlığını və pul ödəməyə gücü çatmadığını, üstəlik dövlət xəstəxanasında bu əməliyyatın pulsuz həyata keçirildiyini bildirsə də, cərrah inadından dönməyib:

“Xəsətxananın həkimləri özləri bizə bildirib ki, əməliyyat pulsuzdur. Heç bir ödəniş etmək lazım deyil. Ancaq Cavanşir həkim əl çəkmir. Dövlət xəstəxanalarında bütün müalicə və müayinələrin pulsuz olduğunu bilirik. Bunu cərraha da dəfələrlə xatırlatmağımıza baxmayaraq, heç bir əhəmiyyət vermir. Həkim deyir, 400 manat pul ödəməlisiniz, vəssalam. Əməliyyat olmuş qadını da, uşağı da xəstəxanadan çıxarmağa imkan vermirlər. Deyirlər pulu ödəyin, sonra aparın”.

Yeni ana olmuş Gülnar Məmmədovanın qohumları deyir ki, qadının həyat yoldaşı Orxan Məmmədov cərrahdan xəstəni evə buraxmağı xahiş edib. Razılığa gəliblər ki, sabahdan gec olmayaraq 400 manat pul həkimə çatdırılacaq:

“Cərrah əl çəkmir ki, pulu mütləq ödəməlisiniz. Ananı və uşağı evə aparmışıq, ancaq sabah da 400 manat pul ödəməliyik”.

Məsələ ilə əlaqədar Ucar rayon Mərkəzi Xəstəxanası ilə də əlaqə saxladıq. Xəstəxananın baş həkiminin müalicə işi üzrə müavini Ata Hacıyev Axar.az-a açıqlamasında xəstəxanada belə bir halın baş verməsini ənənəvi olaraq təkziblədi:

“Dövlət xəstəxanalarında bütün əməliyyatlar pulsuzdur. Heç bir ödəniş edilmir. Mən Cavanşir həkimin özü ilə də danışdım. O da bildirdi ki, xəstədən və qohumlarından heç bir pul tələb edilməyib. Heç bir ödəniş edilməsi mümkün deyil”.

Qeyd edək ki, bu ilin aprel ayında sözügedən xəstəxanada xəstədən pul tələb edən Cavanşir adlı cərrahın əməliyyat etdiyi 19 yaşlı qadın uşaq dünyaya gətirdikdən sonra ölmüşdü. Cavanşir həkim qadının təbii doğuşla azad ola bilməyəcəyini deyərək, qeysəriyyə əməliyyatını məsləhət bilmişdi.

Ölüm faktı ilə əlaqədar xəstəxanadan bildirmişdilər ki, ananın vəziyyəti qeysəriyyə əməliyyatından sonra yaxşı olub. Lakin əməliyyatdan sonra o ayağa durmaq istəyən zaman ayağı büdrəyərək yıxılaraq başını sərt formada əzib, komaya düşüb və komadan ayılmayıb.

Xatırladaq ki, həkimlərin təkzibinə baxmayaraq, dövlət xəstəxanalarında əməliyyatlar və müalicələr üçün xəstələrdən konkret məbləğ alındığını hamı çox gözəl bilir. Xəstəxana rəhbərləri isə üzə çıxan faktla əlaqədar tədbir görmək əvəzinə birmənalı olaraq rüşvətxor həkimlərini müdafiə etməklə məşğul olurlar. Bu müdafiənin Azərbaycanda səhiyyəni hansı kökə saldığını isə deməyə ehtiyac yoxdur.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ən maraqlı yeni il adətləri

Next Post

Pərviz Həşimli prezidentə müraciət etdi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Pərviz Həşimli prezidentə müraciət etdi

Aygün Kazımova "O səs Türkiyə"yə müraciət etdi amma seçilmədi - İlginc iddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.