Rusiya yayda planlaşdırılan “Poseidon” sualtı pilotsuz təyyarəsinin sınaqları barədə Vaşinqtonu xəbərdar etməli deyil. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Rusiyalı diplomat xatırladıb ki, 1980-ci illərdə imzalanmış bir sıra sazişlər var ki, onlar qitələrarası ballistik raketlərin və sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışı barədə tərəflərin məlumatlandırılmasını nəzərdə tutur.
“Nə biri, nə də digəri bu perspektivli sistemə aid deyil və ümumiyyətlə, bu cür sınaq hadisələri heç bir yoxlama mexanizminə düşmür və düşə bilməz”, – deyə Ryabkov izah edib.
Havar Şəfiyeva




