İstanbul prokurorluğu, 17 dekabr “rüşvət iddiası” olayları ilə bağlı 53 nəfər barəsində cinayət işinə xitam
verib.
verib. Avropa.info xəbər verir ki, aralarında azərbaycanlı iş adamı Rza Zərrab, keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və iqtisadiyyat naziri Zəfər Çağlıyanın oğlu Saleh Çağlayanın da olduğu 53 nəfərin təqsirsizliyi sübut olnub.
Bu səbəbdən də, həbs olunan və sonradan zaminə buraxılan şəxslər haqqında təqibsizlik qərarı verilib.
Qeyd edək ki, ötən ilin 17 dekabırında Türkiyədə dünyanı şoka salacaq hadisə baş vermişdi. Belə ki, hökumətin, hətta daxili işlər nazirinin belə xəbəri olmadan İstanbul polisi əməliyyat keçirərək, aralarında məmur övladlarının və iş adamlarının da olduğu onlarla şəxsi həbs etmişdi. Türkiyə hakimiyyəti bu hadisəni dövlət çevrilişinə cəhd adlandıraraq, əks hücuma keçdi. Bundan sonra, hadisənin arxasında Fətullah Gülənin rəhbərlik etdiyi və xarici kəşfiyyat orqanlarına bağlı “paralel dövlət”in durduğu aşkarlanmışdı. Həmin hadisədən sonra, bu gün də davam edən polisdəki Gülənçilərin təmizlənməsi əməliyyatı başlandı.



