Dünəndən yağan yağış paytaxtda bir sıra fəsadlar törədib.
Axar.az xəbər verir ki, yağan yağış “Sədərək” ticarət mərkəzindəki sahibkarları çətin vəziyyətə salıb. Ticarət mərkəzindəki dükan və obyektlər su altında qalıb. Alış-verişə gələnlər ticarət mərkəzinin ərazisinə girə bilməyiblər.
Ticarət mərkəzində çalışan sahibkarlara ciddi ziyan dəyməyib.
Su altında qalan ticarət mərkəzindən fotoları təqdim edirik:




