"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sədrəddin Soltan: İranda islahatçılar və sərtxəttçilər arasında mübarizə davam edəcək [Video-müsahibə]

04 Fevral 2016 - 01:21
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

скачанные файлы (1)

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsiı

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə müsahibəsində sanksiyalar götürüldükdən sonra İranın regionda fəaliyyəti, daxili siyasi münasibətlərdə, biznes mühitində yaranacaq problemlər, Azərbaycan-İran əlaqələrindən danışıb.

Amerikanın Səsi: Artıq İrana qarşı sanksiyalar götürülüb. Bundan sonra Azərbaycan və İran siyasətlərinə qarşılıqlı olaraq hansı korrektələr etməlidir?

İran daha çox neft-qaz sektorunda və nəqliyyat xətti istiqamətində Azərbaycanla ciddi şəkildə əməkdaşlıq etməlidir.

Sədrəddin Soltan: İndiyə qədər İran Azərbaycanın daxili işlərinə qarışmaqla bağlı bir sıra əsərlər (əməllər) edibdir. Müxtəlif iranyönümlü cərəyanların yaranmasından tutmuş, Azərbaycanın xarici siyasətində yürütdüyü məsələrlə bağlı, məsələn İsrail ilə, Amerika ilə müttəfiqliyinə görə İran davamlı surətdə Azərbaycana qarşı çıxışlar irəli sürmüşdür. Azərbaycan tərəfi isə İranın daxili işlərinə qarışmaqla bağlı heç bir işlər görməyib. Baxmayaraq ki, Azərbaycanın bu işlərə müdaxilə etmək imkanları və təbii, qanuni haqqları da olubdur.

İrandakı 35 milyonluq azərbaycanlıların milli haqqlarının təmin olmaması ilə bağlı istəkləri irəli sürənlərin təqib olunması ilə bağlı Azərbaycan tərəfi davamlı surətdə bu məsələləri eləyə bilərdi. Amma, ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan tərəfi heç vaxt bu məsələləri eləməyib. Odur ki, yeni iqtisadi, siyasi şəraitdə İran və Azərbaycan tərəfi dünyadakı mövcud maliyyə-iqtisadi böhrandan çıxış edərək yalnız iqtisadi siyasətə üstünlük verməlidir. Qarşılıqlı əməkdaşlığa önəm verməlidir. Çünki, Azərbaycan da bütün hallarda BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyalardan çıxış etsə də bəzi məsələlərdə İrana qarşı sanksiyalar tətbiq etmədi və heç vaxt açıq şəkildə İrana qarşı beynəlxalq sanksiyalara qoşulmadı.

Odur ki, hesab edirəm perspektivdə Azərbaycan və İran qarşılıqlı olaraq, mövcud iqtisadi-maliyyə böhranından çıxış eləyərək iqtisadi sahədə əməkdaşlığı gücləndirməlidir. Regional layihələrdə fəal iştirak etməlidir. Daha çox neft-qaz sektorunda və nəqliyyat xətti istiqamətində İran Azərbaycanla ciddi şəkildə əməkdaşlıq etməlidir. Bunun üçün də Azərbaycanın imkan və şəraiti var.

Amerikanın səsi: Hazırda İranın Azərbaycanda humanitar fəaliyyəti varmı?

Hazırda Azərbaycanda İranın heç bir xeyriyyə təşkilatı fəaliyyət göstərmir.

Sədrəddin Soltan: Hazırda yoxdur. Amma əvvəllər İran 94-cü ildən sonra Azərbaycanda Xomeyni İmdad Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərib. Sonrakı dövrlərdə bu xeyriyyə cəmiyyətində ehtimal olunur ki, bir sıra qüsurlar aşkarlanıb. Daha çox Azərbaycanın təhlükəsizliyini təhdid edən məsələlər ehtimal olunurdu ki var idi. Ona görə o təşkilatın fəaliyyəti dayandırıldı. Həmçinin burada bir sıra təşkilatlar var idi, – məsələn, “Imam Əli” tibb klinikası var idi. O da Xomeyni İmdad Cəmiyyəti adından fəaliyyət göstərirdi. Sonradan onu İranın Qızıl Ay Cəmiyyətinin balansına keçirdilər və o şəkildə fəaliyyət göstərir. İranın özünün iddia elədiyinə görə Xomeyni İmdad  Cəmiyyətinin fəaliyyəti dövründə 43 milyon dollarlıq Azərbaycanda xeyriyyə işləri görübdü. 25 min nəfərdək (o vaxt deyilirdi) həmin cəmiyyətin üzvü var və sonradan hesab eləyirəm ki, həm Azərbaycanda maliyyə mühiti bir qədər artdığından Azərbaycanda digər xeyriyyə təşkilatları dayandırıldı və o cümlədən  Xomeyni İmdad cəmiyyətinin də fəaliyyəti dayandırılıb. Hazırda Azərbaycanda İranın heç bir xeyriyyə təşkilatı fəaliyyət göstərmir.

Amerikanın Səsi: İrana gələcək böyük həcmli maliyyənin istifadə istiqamətləri necə olacaq? İranın regional münaqişələrdə mövqeyində dəyişiklik olacaqmı?

Bu pullar oturandan sonra buna çox əminəm ki, İranda siyasi, mədəni və sosial islahatlar dövrü başlayacaq.

Sədrəddin Soltan: Bu hadisələr bir az 70-ci illərin ortalarını xatırladır. Onda da İrana çoxlu böyük miqdarda (neftin qiyməti qalxdığından) pullar gəldi və Məhəmməd Rza Şah özünü itirdi. Ondan sonra da islahatlara getmək lazım idi. Siyasi islahatlara da getdi və o siyasi islahatlar da Şah rejiminin devrilməsi ilə nəticələndi. Ehtimal etmək olar ki, İrana yenidən həmən o pullar gələcək . Amma o pulların İrana gəlib fəaliyyətə başlaması üçün bir müddət keçməlidir. Bunun üçün hüquqi baza yaradılmalıdır. İranın konstitutsiyasında dəyişiklik olmalıdır. Çünki burada mülkiyyət, maliyyə, bank sektoru haqqında bir sıra xarici şirkətlərin fəaliyyət göstərməsi üçün bir sıra qadağalar var. O qadağalar aradan götürülməlidir. Bundan başqa ayrı-ayrı qanunvericilik qatları var ki, xaricilərin ölkə daxilində fəaliyyətini məhdudlaşdırır. Bunların hamısı götürülməlidir.

Bank sistemində xüsusilə dəyişiklik olmalıdır. Özəlləşdirmə getməlidir. Bu 1 günün içərisində baş verən hadisə deyil. Uzun bir prosesdir və bu proses getdikcə İrana təbii ki, bu pullar gəlib oturacaq. Bu pullar oturandan sonra buna çox əminəm ki, İranda siyasi, mədəni və sosial islahatlar dövrü başlayacaq.

İranda çoxlu sayda sosial, siyasi, mədəni islahatlara ehtiyac var. Uzun illərdir bu islahatları aparmırlar. Düzdür Məhəmməd Xatəminin hakimiyyəti dövründə bütövlükdə rejim buna çalışdı. Amma alınmadı.

İranda sosial, mədəni, siyasi islahatlar gedəsi bir halda İranın regional münaqişələrə müdaxiləsi də azalacaq.

Amerikanın Səsi: Sanksiyaların götürülməsi İranın daxili siyasi münasibətlərinə və biznes mühitinə necə təsir edəcək?

Qərblə yaxınlaşma ölkədəki islahatçı xəttin üstünlüyünə dəlalət edir. İslahatçı xəttin arxası möhkəmləndi.

Sədrəddin Soltan: İranın qonşuluğunda baş verən hadisələr İrana çox gözəl dərsdir. Yəni İranın da ərazi bütövlüyü təhdid olunur. İranda da milli haqlar təmin olunmur. İranda da insan haqları pozulur. İranda da çoxlu sayda sosial, siyasi, mədəni problemlər var. Bu problemlərin həlli ilə bağlı İranda hakimiyyətin daxilində 2 qütb var. Əvvəllər ona islahatçılar və “sərtxəttçilər” (mühafizəkarlar-red) deyirdilər. Onlar arasında mübarizə sonrakı mərhələlərdə də davam edəcək. Hələ bu bitməyib, çünki nəticə yoxdur. Və islahatçılara xarici dəstək lazımdır. Xarici dəstək üçün də bunlar Qərblə yaxınlaşmağa getdilər və Qərblə yaxınlaşma ölkədəki islahatçı xəttin üstünlüyünə dəlalət edir. İslahatçı xəttin arxası möhkəmləndi. Çünki pul o tərəfdədir. Daha doqrusu onlara üzlərini tutublar. Baxmayaraq ki, ölkənin ali rəhbəri Xomneyinin adını çəkirlər. Bütün hallarda islahatçılarla sərt xəttçilər arasında mübarizə davam edəcək. Davam etdikcə bir sıra yeni surpirizlər ortaya çıxacaq.

Biznes mühitində isə həmin proseslər gözlənilir. İranda daxili istehsal azalacaq. İranda texnologiya fiziki və mənəvi cəhətdən aşınıbdır. Aşınmış texnologiya Qərbin texnologiyası gəldikcə yeni-yeni iş adamları meydana çıxacaq. Başqa sözlə İranda yeni nəsil iş adamı təbəqəsi yaranacaq. Modern, qərblə iqtisadi-ictimai əlaqələrə üstünlük verən yeni bir nəsil meydana çıxacaq. Bu nəsil, inqilabdan sonrakı nəsil isə artıq get-gedə həm yaş baxımından həmdəki düşüncə baxımından köhnəlməkdədir.

http://av.voanews.com/Videoroot/Pangeavideo/2016/02/b/b4/b48e90f0-2111-4a52-a16a-e83d977e6f93.mp4
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elman Rüstəmovun səlahiyyəti azaldı – Banklara yeni qurum nəzarət edəcək

Next Post

Ağır xəstəlikdən əziyyət çəkən aşıq: “Yenidən səhnəyə qayıtmaq istəyirəm” – FOTOLAR, VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ağır xəstəlikdən əziyyət çəkən aşıq: “Yenidən səhnəyə qayıtmaq istəyirəm” - FOTOLAR, VİDEO

“Gözümü açdım ki, başımın üstündə Kəmaləddin Heydərov dayanıb...” – Aqşin

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.