"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səfir: “Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir”

06 İyun 2022 - 14:59
in SİYASƏT

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Avropa İttifaqı (Aİ) Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhaliyə dəstək məqsədi daşıyan layihənin icrasına başlayır.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Mülki Müdafiə və Humanitar Yardım və BMTİP Azərbaycanda münaqişəyə məruz qalan əhalinin həssas təbəqəsinə erkən bərpa yardımı göstərmək məqsədi daşıyan layihənin icrasına başlandığını elan edib.

Layihənin elan olunması ilə bağlı keçirilən tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir.

“Minalar hərbçilərlə mülki şəxslər arasında heç bir fərq qoymayan dəhşətli silahlardır. Avropa İttifaqı Azərbaycanın minatəmizləmə səylərinə dəstək verir. Bu layihə münaqişə sonrası partlamamış hərbi sursatlara görə həyatları risk altında olan insanlara fayda verəcək və ümid edirik ki, onların həyatını xilas etməyə kömək edəcək”, – səfir Peter Mixalko bildirib.

BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista isə bildirib ki, humanitar minatəmizləmə əməliyyatına sərmayə qoymaq BMT-nin 2030-cu il Gündəliyinə nail olmaq üçün əsasdır.

“BMTİP ANAMA ilə 1999-cu ildən bəri uzunmüddətli tərəfdaşlığa malikdir. Avropa İttifaqının səxavətli maliyyəsi sayəsində biz indi bu dəstəyi genişləndirə və ona ən çox ehtiyacı olanlara həyat və yaşayış vasitələrinin yaxşılaşdırılmasında birbaşa yardım göstərə biləcəyik”, – BMTİP-nin Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista bildirib.

Qeyd edək ki, Aİ tərəfindən maliyyələşdirilən Erkən Bərpa Fəaliyyət Layihəsi keçmiş təmas xəttində minatəmizləmə fəaliyyətlərini dəstəkləyəcək və bu ərazilərdə yaşayan aztəminatlı ailələrə müxtəlif yaşayış vasitələri təqdim etməklə onların rifahının yaxşılaşdırılmasına kömək edəcək.

Layihə kənd təsərrüfatından asılı olan 1500 şəxsə və onların ailələrinə birbaşa və təcili olaraq qısamüddətli dəstək verəcək.

Layihə həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərlik etdiyi humanitar minatəmizləmə işlərində iştirak etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanmasına, təchiz edilməsinə və yerləşdirilməsinə kömək edəcək. Bu minatəmizləmə komponenti keçmiş təmas xəttinin yaxınlığında yaşayan, mina və partlamamış hərbi sursat riski altında olan 43 000 insana fayda verəcək.

Səfir: “Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda şəkərli içkilərə aksiz dərəcəsi tətbiq olunması təklif edilib

Next Post

Lavrov: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Lavrov: “Rusiya Ukrayna ilə danışıqların uğurlu alınmasında maraqlıdır”

Lavrov: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

Vilyam Hacıyevin səhhətində problem yaranıb – MƏHKƏMƏ

Vilyam Hacıyevin səhhətində problem yaranıb - MƏHKƏMƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.