Braziliyada itkin düşən Yunanıstanın səfiri Kiriakos Amiridisin meyiti yanmış avtomobildə tapılıb.
“RİA Novosti” xəbər verir ki, avtomobil Nova-İquasu bələdiyyəsində aşkar edilib.
Qeyd edək ki, ötən gün Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin Rio-de-Janeyroda itkin düşməsi haqda məlumat yayılmışdı.
Səfir sonuncu dəfə həftənin bazar ertəsi görünüb. Həmin vaxtdan ondan xəbər tutmaq mümkün olmayıb. Səfirin harada olması haqda hər hansı açıqlama verilməyib.
Səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.




