Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Moskva Bəyannaməsi gələcək inkişafı üçün vacib bir sənəddir.
Boçarnikov Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.
O diqqətə çatdırıb ki, 30 ildə Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr, eyni zamanda regional əlaqələr çox inkişaf edib.
Diplomat deyib ki, pandemiya mədəni əlaqələrə təsir edib.
Səfir yaxın vaxtlarda mədəniyyət günlərinin keçiriləcəyini, təhsil sahəsində çox böyük addımların atıldığını vurğulayıb.
Diplomat iki ölkənin iqtisadi əlaqələrinə də diqqət çəkib və bunu müsbət qiymətləndirib.
Boçarnikov əlavə edib ki, Rusiya tərəfindən Azərbaycana sərmayələr qoyulur, eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüksək olub.






