"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəhid övladları SOCAR-ın Türkiyə Baş Ofisində təlim keçdi!

27 İyul 2023 - 12:55
in CƏMİYYƏT

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin “Yeditepe” Universitetinin təşkilatçığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Yeditepe” Universitetində təşkil olunmuş Yay Düşərgəsi davam etməkdədir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, düşərgənin növbəti günündə şəhid övladları SOCAR-ın Türkiyə baş ofisində CV hazırlama, müsahibə üsulları və iş mühitində namizədlərdən tələb olunan digər bir sıra bacarıqlar üzrə təlimlərdə iştirak etdilər.

Həmçinin Baş Ofisi ziyarət zamanı şəhid övladları SOCAR Türkiyənin baş direktoru Elçin İbadovla da görüşdülər. Elçin İbadov tələbə şəhid övladlarına şirkəti təqdim etdikdən sonra onlara bir sıra işgüzar məsləhətlər verdi. Görüş zamanı Elçin İbadov şəhid övladlarına: “Sizlər buranın qonaqları yox, sahiblərisiniz. Şirkətimiz Azərbaycan dövlətini təmsil etdiyi üçün bütün vətəndaşlarımız əslində bu şirkətin sahibləridirlər. Bu səbəblə də bu gün mən bu şirkətin işçisi olaraq siz şirkət sahiblərinə gördüyümüz işlər barədə məlumat verəcəyəm” – deyə bildirdi. Hər mənada uşaqların yanında olacaqlarını bildirən Elçin İbadov daha sonra tələbələrin suallarını cavablandırdı.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də Elçin İbadova təşəkkür edib Yay Düşərgəsi barədə öz fikirlərini bölüşdü:

“Türkiyənin “Yetitepe” Universiteti ilə birgə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları üçün təşkil etdiyimiz Yay Düşərgəsi çox maraqlı və səmərəli şəkildə davam edir. Düşərgə çərçivəsində şəhid övladları seçdikləri ixtisaslar üzrə müxtəlif təlimlərdə iştirak edirlər. Bu düşərgə onlar üçün gözəl bir İstanbulun xatirəsi olmaqla yanaşı, həm də yeni tanışlıq və dostluqların da təməlini qoydu. Belə ki, düşərgədə 15 şəhid övladı ilə yanaşı Türkiyənin müxtəlif bölgələrindən 100-ə yaxın övladlarımız da iştirak edirlər və inanıram ki, bu yeni dostluq və tanışlıqlar uşaqlarımız üçün xeyirli olacaq və onların daha da sosiallaşmasına şərait yaradacaq. Həmçinin bu gün şəhid övladları SOCAR Türkiyənin baş ofisində iş həyatına dair müxtəlif təlimlərə qatıldılar və dəyərli məlumatlar əldə etdilər. Əminəm ki, burada keçirdiyimiz 12 gün gənclərimizin xatirələrində xoş iz buraxacaq və onların təhsil həyatları boyunca dostlarına danışa biləcəyi xatirələr yaradacaq”.

Azərbaycanın ilk şəhid pilotu Fəxrəddin Əsgərovun qızı Zəhra Əsgərova düşərgə barədə öz fikirlərini bölüşdq:

“Yay Düşərgəsi həm ingilis dilimizi inkişaf etdirmək, həm də Türkiyə universitetlərində dərslərin necə tədris olunduğunu anlamaq baxımından çox faydalı oldu. Burada olduğumuz müddət ərzində həm dərslərdə iştirak etdik, həm də “Yerebatan Sarnıcı”, “Panorama 1453”, “Miniatürk” kimi İstanbulun bir sıra məşhur yerlərini də gəzmək fürsətini əldə etdik. Türkiyə bizim üçün çox qiymətli bir yerdir, buraya gəlməyi çox sevirik, amma yaşamaq üçün yenə də Azərbaycanı seçərdim”.

16 yaşında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan şəhid mayor İlqar Verdiyevin oğlu Kamran Verdizadə də düşərgə barədə düşüncələrini bildirdi:

“Dostlarımızla bir çox maraqlı yerləri gəzdik. “Panorama 1453” müzeyi mənim üçün xüsusilə maraqlı oldu. İştirak etdiyimiz dərslər arasında fəlsəfə çox diqqətimi çəkdi. İnsanların necə düşündüklərini öyrənmək yorucu olsa da çox maraqlı idi. Atam Türkiyənin Quru Qoşunları məktəbini bitirmişdi və mən də həm bu səbəblə, həm də düşərgə zamanı yaşadığım xoş xatirələr səbəbilə magistr təhsili Türkiyədə almaq qərarını verdim”.

Görüşün sonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə SOCAR Türkiyənin baş direktoru Elçin İbadova xatirə hədiyyələri təqdim etdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ostin Papua Yeni Qvineyaya səfər edən ilk ABŞ Müdafiə Naziri oldu

Next Post

Yunanıstanın müxtəlif bölgələrində 90 meşə yanğını qeydə alınıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Yunanıstanın müxtəlif bölgələrində 90 meşə yanğını qeydə alınıb

Yunanıstanın müxtəlif bölgələrində 90 meşə yanğını qeydə alınıb

DİN və DSX-dən birgə əməliyyat: saxlanılanlar var

Teleaparıcıların adından istifadə edərək dələduzluq etdi - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.