"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəhid Turalın məktubu

26 Sentyabr 2023 - 19:29
in Cebhe-banner

Orxan Ülvi

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb


Biz müharibənin içində dünyaya gəlmişdik. Ermənilərin hələ 1988-ci ildən başlayan haqsız torpaq iddiaları körpəliyimizi də müharibə, döyüş, şəhid xəbərlərinə alışdırırdı. Bizim də dayılarımız, əmilərimiz, yaxınlarımız həmin döyüşlərin iştirakçısı, bəzən də şəhid olurdular.
Hələ uşaq ikən şəhid xəbərlərini eşidir, “Başın sağ olsun, Vətən” şüarını hayqırardıq. Oxuduğumuz məktəbin indi adını daşıdığı Zamanov Mehman Təvəkkül oğlunun Füzuli rayonu uğrunda şəhid olduğunu öyrənəndə o torpaqlara getmək üçün can atırdıq. Orta məktəbdə ilk dərslərdən torpaqlarımızın yağı düşmən tərəfindən hansı tarixdə və necə vəhşiliklə alındığını öyrəndik. Xocalı faciəsinin şəkillərinə baxıb çox kövrələrdik, bizim yaşda uşaqların qışın oğlan çağında necə əli-ayağı yalın evlərindən didərgin düşdüyünü görmək bizə həm də Vətən sevgisini öyrədirdi. Məftildən düzəltdiyimiz tapançalarla düşməni məhv etmə oyunları oynayırdıq. Həm də qisas hissimiz daha da artırdı. Axı biz müharibənin tam ortasında doğulmuşduq. Bu bizim günahımız deyildi, qismətimiz idi. Biz yaşa dolduqca bu qismət artıq Vətən borcuna çevrildi. Vətəni qorumaq hər kəsin borcudur!
Mən ailə qursam da, ev-eşik sahibi olsam da, həyatın xoş və qəmli üzünü görsəm də, ta körpəlikdən içimdə alovlanmış qisas hissi zərrə qədər də azalmamışdı. Bunu nə ailəmə, nə də dostlarıma hiss etdirdim, amma əmin idim ki, bir gün mən o məftil avtomatın əvəzinə həqiqisini əlimə götürüb həqiqi düşməni məhv edəcəyəm. Şükür ki, həmin vaxt yetişdi. Biz 1988-ci ildən 1994-cü ilə qədər itirdiyimiz torpaqları 2020-ci ildə 44 günə azad etdik. Bu bizim uğurumuzdur. Bunun əvəzi yoxdur! Düzdür, çox analar, ailələr gözü yaşlı qaldı, amma sizi Vətənə qovuşdurduq. Bilirəm, mənim anam da ağlayır, uşaqlarım, ailəm bəzən hönkür-hönkür, bəzən də için-için ağlayır. Mənim üçün çox darıxırsınız, “Turalın yerinə kaş biz ölərdik” deyirsiniz. Yox, unudursunuz, mən ölmədim ki…
Hələ uşaq yaşdan “Şəhidlər ölmür” ifadəsini çox eşidirdik. Mən şəhid olandan sonra bunun fərqinə vardım. Doğrudan da şəhidlər ölmür!
Onsuz da fani dünyada yaşadığımızı hamımız bilirdik və əbədi dünyaya köçəcəyimizi də bilirdik. Kimlər köçmədi ki…
Mən çox rahatam, narahat olmayın. Şəhid olduğumdan bəri cənnətdəyəm. Buranı sizə təsvir belə edə bilmirəm. Necə də gözəldir! Bura layiq olmaq üçün insan nələr etməz… Yaxşılıq edirsiniz, ibadət edirsiniz, yalan danışmırsınız, heç kimi aldatmırsınız, oğurluq etmirsiniz və s. Amma yenə də buranı qazanacağınızı bilmirsiniz. Biz şəhidləri isə Uca Allah bax bu cənnətlə mükafatlandırır. Bundan ucası, alisi yoxdur…
Burada çox şəhid var, görüşüb dərdləşirik bu cənnətin əsrarəngiz gözəlliyində. Bəziləri gileylənir, bəziləri qürurlanır ailələrinin hərəkətlərindən. Övladlarının uğurlarına görə sevinənləri təsəvvür belə edə bilməzsiniz. Ali məktəbə qəbul, iş uğurları onları o qədər rahatlaşdırır ki. Amma bəzən üzülənlərə də rast gəlinir. Ailələri tərəfindən adından lazım oldu-olmadı çox istifadə edənlər də olur. Haqlı-haqsız şəhid adının çəkilməsi bu məsumları çox narahat edir. Küsənlər, inciyənlər də olur. Təsəlli verməyə çalışırıq, ovundururuq. Bəzən buna nail ola bilmirik. Bu gözəl cənnəti ona dar edir doğmaları.
Mənim əzizlərim, çox rahatam, yaxşıyam. Hər gözəl nəyisə müqayisə edəndə cənnətlə edərdik. Baxın, həmin cənnətdəyəm, niyə narahat olmalısınız?! Hə, mənim üçün darıxa bilərsiniz, uşaqlar bəzən “ata” deyib ağlaya bilər. Unutmayın ki, hamısını görürəm. Mən hər kəsin arzusunda olan cənnəti qazandım. Buradakı rahatlığım daha sizdən asılıdır. Adımı uca tutun, hər məsələ üçün mənim ruhumu narahat etməyin. Anamdan, atamdan, ailəmdən və uşaqlarımdan muğayat olun. Anam bir incidir. “Cənnət anaların ayağı altındadır” ifadəsi elə-belə deyilməyib. Çünki mən sizdən ayrılandan bəri onun nə hisslər keçirdiyini çox yaxşı bilirəm. Bağışla məni, ana. Sən anamsan. Bir də Ana Vətənim var. Mən Ana Vətəni seçdim. Onu sevməyi də sən mənə öyrətmişdin. Çünki bu vətəndə sən rahat, başıuca gəzəsən deyə, mən Vətəni seçməliydim. Bilirəm, sən məni anlayırsan. Yolunu gözləyirəm, ana. Ayaqlarının altı olan cənnət görüş yerimiz olacaq.
Məni bağışlayın, ailəm və uşaqlarım. Bir qadının həyat yoldaşını, övladlarının atasını itirməyi ağır dərddir. Ama mən sizin başınızı uca etdiyim kimi, siz də mənim başımı uca edin daima. Sizinlə fəxr edim, qürur duyum. Unutmayın, hər anınızı görürəm, müşahidə edirəm.
Sağ olun, əzizlərim. Allaha əmanət olun. Yolunuzu gözləyirəm. Çalışın, mənim yanıma gələ biləsiniz…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilərə 38 ton benzin və 16 ton dizel göndərildi

Next Post

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi

Ərdoğan: “Türkiyə ilə Azərbaycanı İrandan keçən dəhliz birləşdirə bilər”

Ərdoğan: "Türkiyə ilə Azərbaycanı İrandan keçən dəhliz birləşdirə bilər"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.