"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəhidlər Xiyabanı satıldı: camaat ayağa qalxdı (FOTO)

01 Avqust 2014 - 01:16
in Kateqoriyasız
Bu gün axşam saatlarında bir qrup Keşlə qəsəbə sakini aksiya keçirib.img1611456
Axar.az xəbər verir ki, sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin qonşuları tərəfindən zəbt edilməsidir. Belə ki, Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.
Qəsəbə sakinləri Elşən Əhmədov burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə, Şəhidlər Xiyabanına doğru olan ərazini öz həyətinə qatan Elşən Əhmədov xiyabana ikinci qapı açmaqla, əslində buranı satmağı planlaşdırır.
Keşlə sakinləri bildirir ki, sözügedən ərazidə bir neçə il öncə transformator tikilməsi nəzərdə tutulsa da, məhz şəhidlərin məzarlarının burada yerləşməsi planları dəyişdirib. Baxmayaraq ki, daha təhlükəlidir, amma Şəhidlər Xiyabanına ehtiram əlaməti olaraq, transformator torpaq sahəsi ilə üzbəüzdəki binaların arasında tikilib.
Qeyd edək ki, rəsmi sənədlərdə torpaq sahəsi Elşən Əhmədovun oğlu Telman Əhmədovun adına qeydiyyata alınıb. Burada diqqəti çəkən məqamlardan biri isə torpağın yaxın vaxtlarda, yəni 17 iyul 2014-cü ildə qeydiyyatdan keçirilməsidir. Torpaq Komitəsinin çıxarışı göstərilsə də, torpaq sahəsinin ayırılması ilə bağlı bələdiyyə və tikinti ilə bağlı icra hakimiyyətinin sənədlərini nədənsə sahibkar göstərmək istəmədi.
Sakinlər isə Torpaq Komitəsindən alındığı bildirilən həmin sənədin əslində yeni əraziyə aid olmadığını, E.Əhmədovun öz həyətinin sənədi olduğunu bildirir və buna görə də sabahdan başlayaraq rəsmi qurumlara müraciət edəcəklərini bildirirlər. Artıq imzatoplama kampaniyasına da başlayıblar.
Elşən Əhmədov 90-cı illərdən Keşlə qəsəbəsində yaşayır. O, ev alğı-satqısı ilə məşğuldur. Qəsəbə sakinləri iddia edirlər ki, Elşən Əhmədov sözügedən ərazini satmaq məqsədi ilə mənimsəyib.
Xatırladaq ki, E.Əhmədovun məşhur “Sərin” restoranının sahibinin qardaşı olduğu da bildirilir.




Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Tags: HADİSƏ MANŞET
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bürclər (1 avqust)

Next Post

Tatlısəs: “Kəfənimi geyinib, gedirəm”

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Tatlısəs: "Kəfənimi geyinib, gedirəm"

Bugündən Rusiya üçüncü "zərbəni" hiss edəcək...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.