Yanvarın 19-da Azərbaycan Respublikası “Vətənpərvərlər və Gənclərin İntellektual Mülkiyyətinə Dəstək Koalisiyası”-nın və “Soyqrım və
Terrorizm Əleyhinə İctimai Təkilatlar” birliyinin idarə heyətinin üzvləri, bu təşkilatların fəalları,tələbə-gənclərlə birgə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə tər çiçək dəstələri qoyublar.Ziyarətdən dərhal sonra “Yeni Yurd” Sosial İnkşaf İctimai Birliyinin ofisində ictimai təşkilatların fəalları ilə görüş keçirilib. Görüş iştrakçıları olan ictimai xadimlər 1990-cı il 20 yanvar tarixinin xalqımızın qəhrəmanlıq səlnaməsinə daxil olan mühüm hadisə olduğunu bildiriblər. Görüşdə fikirlərini bölüşən“Yeni Yurd” Sosial İnkişaf İcrimai Birliyinin sədri Mahirə xanım Əsədova həmin dövrdə Ümummilli lider Heydər Əliyevin bu qanlı hadisənin ertəsi günü mətbuat nümayəndələri ilə görüşərək SSRİ rəhbərlərinin göstərişini həyat keçirən qızıl ordu əskərlərinin xalqımıza qarşı törətdiyi qanlı cinayət barədə məlumatlandırması faktını xüsusi qeyd edib.Ulu Öndər Heydər Əliyevin məhz bu addımı ilə 20 yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını bildirmişdir. Mahirə xanım Əsədova,“Soyqrım və Terrorizm Əleyhinə İctimai Təkilatlar” birliyinin sədri Elşad Əliyev, “Xocalı Soyqrımını Tanıtma” ictimai birliyinin sədri , “Yeni Yurd” Sosial İnkşaf İctimai Birliyinin İcraçı direktoru Şamil Sabiroğlu, “Qürur”Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə xanım Behbudova, “Erməni Təcavüzünün Tanıdılması” ictimai birliyinin sədri, “Tərəqqi” medalı mükafatçısı Səriyyə Müslümqızı və digər natiqlər öz çıxışlarında qeyd etdilər ki, 20 yanvar, xalqımızın azadlıq mübarizəsinin qızıl səhifəsidir.20 Yanvar zamanı həlak olan hər bir vətəndaşımızın ailəsinin kədərinə şərik olmaqla yanaşı gənclərimizə, bu insanların 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə öz canlarından keçərək əsl vətənpərvərlik nümayiş etdirmişlər.
Aynur Qəniyeva, “Ana Harayı” qəzetinin əməkdaşı,







