"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qoy onlar son qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsunlar!”

11 Noyabr 2014 - 22:22
in CƏMİYYƏT



Oxucularımıza çox nəfis bir tərtibatda yeni çap olunan “Şəhidlik Zirvəsi” kitabını təqdim edirik. Vətən10751733_774309045968737_1906972734_n torpaqları uğrunda canını qurban vermiş şəhid Amil Novruz oğlu Əliyevdən bəhs edən kitabda, ayrı-ayrı müəlliflərin qələmə aldığı yazılar toplanmışdır. Aqil Alışovun “Şəhid şikəstəsi” yazısı ilə başlayan bu kitabda, yazı müəllifinin Fransa xalqının dahi sərkərdəsi Napaleonun müdrik kəlamını diqqətinizə çatdırmaq istəyirəm: “Şəhidləri şəhid edən ölümləri deyil, ölümlərinin səbəbidir”. Beləcə, kitabı varaqladıqca, şəhidlik zirvəsi adına uyğun olaraq: “Mübariz kimi şəhid olmaq arzusu” (Ramin Deko, Azadlıq qəzeti), “Yollar şahid oldu” (Qədiməli Ağayev), “Sonuncu şəkil” (İdris Şükürlü, Milli qürur qəzeti), “Vətənə sipər oğul” (Samir Qurbanov, Region-Press qəzeti) kimi müəllif yazıları bir-birini tamamlayır. Ədəbi- publisit yazılarla bir-birini əvəz edən bu kitabda milli qürur hissi, vətən sevgisi, mübarizlik, qəhrəmanlıq qeyd olunan bütün müəllif yazılarında ön planda dayanır. Eləcə də, bu kitabda 24 yaşlı şəhid qəhrəman Amil Əliyevin ömür yolu, müəllif yazılarında və kitab səhifələrində əksini tapmış, foto-albom vasitəsi ilə ətraflı şəkildə oxuculara təqdim olunmuşdur.
Kitab səhifəsindəki foto-albomda diqqət çəkən məqamlardan biri də, şəhidimizin oğlu balaca Yusifin atasının məzarını gül dəstəsilə ziyarət etməsidir. Bu il sentyabrın 22-də balaca Yusif 4 yaşını qeyd etdi, onun ad günündə doğmaları, əzizləri, bir sözlə, hər kəs vardı, amma… Uşaq xəyallarında, yenə də “atam gələcək, mənə tapança alacaq”-deyə, qürurlu, şirin kəlmələriylə qəlbləri dağlayır, ürəkləri yandırırdı, Yusif. Biz də təbrik edirik, müqəddəs Yusif adının qoyulduğu gün mübarək, deyirik!..
Tofiqə bibinin hər addımbaşı şirin sözü-söhbətidir, sənin xatirəyə dönmüş kəlmələrin, Amil. O kəlmələrin ki, bu gün öz yerini, öz əksini tapdı həyatda:

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

– Bibi qurban, sən gizirsən, təzə gələn əsgərlərimizdən muğayat olursuz? Axı onlar hələ xidmətin nə olduğunu bilmirlər…

–Əlbəttə, bibican, bu gün əsgərlərimizin də, gizirlərimizin də, zabitlərimizin də qarşıya qoyduğu bir məqsəd var, düşmən üzərində qələbə çalmağa hər an hazır olmaq. Mən də bu hisslərlə yaşayıram, o mənfur yağıların üzərinə sonadək gedəcəyəm…
Amil Əliyev dostlarına sədaqətli olmaqla bərabər, vətən torpaqları üçün həmişə narahat idi. Qəlbinin dərinliyindəki nigarançılıq hissi  onu rahat buraxmırdı. Müəllif yazılarının birində qeyd olunduğu kimi: “Sabahısı gün, yəni iyunun 5-də bacısının gəlin köçəcəyini bilsə də, o, iyunun 4-də hərbi hissəyə yola düşdü.” Hətta ata-anası bircə gün qalıb şənlikdə iştirakını istəsələr də, o, yolundan qalmadı! Və…beləcə bitdi bir əsgər ömrünün balladası.
Təbii ki, hələ çox qəhrəmanlarımız olacaq. Çünki odlar yurdu Azərbaycan həmişə qəhrəmanlar diyarı olub. Nəhayət, son olaraq müəllif yazılarının birində qeyd olunur: “Qoy onlar  son qəhrəmanlarımız deyil, sonuncu şəhidlərimiz olsunlar!”

SAMİR QURBANOV

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qardaş bacısını Əsədin əsgərlərindən güllə altında xilas etdi -Video

Next Post

FİFA-dan şok qərar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

FİFA-dan şok qərar

Prezident İlham Əliyev: " Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.