
İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.
Bu barədə Elchi.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib.
“Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar”.



