"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəkərli içki qəbul edən məktəblilərin faizi açıqlanıb

07 İyul 2022 - 11:35
in CƏMİYYƏT

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekun tədbiri keçirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, tədbirdə layihənin yekunlarına dair hesabat media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirmə tədbirləri təşkil olunub. Belə ki, ilkin mərhələdə AQTİ mütəxəssisləri tərəfindən 30 nəfərə 12 mövzudan ibarət onlayn formada seminar keçilib. Layihənin reqlamentinə əsasən, imtahanı uğurla başa vuranlar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunub və həmin şagirdlər məktəblərdəki bufetlərin fəaliyyəti, qida təhlükəsizliyi və sanitar qaydalara əməl olunmasına dair ictimai nəzarəti həyata keçiriblər.

Daha sonra imtahanı uğurla başa vuran iştirakçıların təmsil olunduqları məktəblərin şagirdləri arasında sorğu keçirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb.

Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl və sonra aparılan testlər şagirdlərin qida vərdişlərindəki dəyişiklikləri əks etdirib. Belə ki, layihədən əvvəl qida təhlükəsizliyi anlayışı haqqında məktəblilərin 72%-i məlumatlı olduğu halda, layihədən sonra bu rəqəm 97%-ə çatıb. Layihənin reallaşmasından sonra AQTA-nın 1003 Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı da artıb. Əvvəl Çağrı Mərkəzi ilə bağlı məlumatı olan şagirdlərin sayı 51% təşkil edirdisə, layihədən sonra bu rəqəm 95%-ə çatıb.

Səhər yeməyi uşaqların fiziki və zehni qabiliyyətinə, eləcə də akademik göstəricilərinə kifayət qədər təsir göstərir. Əgər layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20%-i səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7%-ə düşüb.

Sorğuda iştirak edən uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15% təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18% və 5%-ə qədər azalıb.

Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25%-dən 5%-ə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13%-ə, çips yeyən uşaqların sayı isə 4%-ə qədər azalıb.

Xatirladaq ki, pilot layihə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramı”, eləcə də UNICEF-in Azərbaycanda 2021-2022-ci illər üçün Səhiyyə və Qidalanma Proqramının icrası ilə əlaqədar olaraq, əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilinin təmin edilməsi istiqamətində maarifləndirilmə işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə və Ukrayna XİN rəhbərlərinin telefon danışığı olub

Next Post

ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub

ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub

IX sinif şagirdlərinin elektron yerdəyişməsi dayandırılır

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.