Şəkidə bələdiyyə binası yandı

>

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb.

Bunu da oxuyun

Elchi.az FHN-nə istinadən xəbər verir ki, oktyabrın 18-i axşam saat 23:30 radələrindən başlayaraq rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 650 kv/m olan inzibati binada baş verən yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728