"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəkidə dəhşətli hadisə ölüm hökmünü yenidən aktuallaşdırdı

18 İyul 2017 - 09:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

İlham Rəhimov: “Rəyi soruşulan 3576 nəfərin 87 %-i ölüm cəzasının bərpasını tələb edir…”

Şəki Ağır Cinayətlər Məhkəməsində 3 azyaşlı uşağı zorlamaqda təqsirləndirilən atalıqları Nurəli Səlimovun işi üzrə məhkəmə yekunlaşıb. N.Səlimov haqda ittihamedici hökm verilib, 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azyaşlıların zorlanması xəbəri ölkədə ölüm hökmünün bərpası tələbini təzədən gündəmə qaytarıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdə belə cinayətləri törədənlərin barəsində ən ağır cəza – ölüm hökmünün çıxarılması tələbləri artıb.

Sosial şəbəkə istifadəçilərindən biri yazır. Sitat: “Belə şərəfsizə güllə də azdır, dərisini soymaq lazımdır. Belələrinə görə ölüm hökmünün bərpa olunmasının tərəfdarıyam. İntəhası qorxuram, ölüm hökmü bərpa olunan kimi günahsızlar, şərlənmiş insanlar da güllə qabağına verilə bilər. Çünki Azərbaycanın hüquq sistemi mükəmməl deyil, yüksək çinli məmurların şəxsi maraqlarına xidmət edir”.

Digər bir istifadəçi isə yazır ki, istənilən halda ölüm hökmü yenidən bərpa olunmalıdır. Sitat: “Uşağı zorlayan, ahıl qadına qarşı zorakılıq edən, hamilə qadını amansızlıqla qətlə yetirənləri sağ buraxmaq olmaz. Başlarına sıxılacaq güllələri də belə alçaqların özlərinə aldırmaq lazımdır. Azyaşlı uşağı zorlayanı Azərbaycan türməsi 14-15 ilə islah edə bilər? Onun orada özünü zorlayacaqlar, türmədən çıxıb bütün cəmiyyətə qarşı qisas hissi ilə yaşayacaq. Belələri üçün müstəsna hal kimi ölüm hökmü bərpa olunmalıdır”.

Professor, tanınmış hüquqşünas İlham Rəhimov zaman-zaman ölüm hökmünün bərpasının vacibliyini önə çəkənlərdəndir. Cinayət və cəza haqda yazdığı “Zorakı və tamah xarakterli cinayətlərin krimonoloji analizi”, “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri”, “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında” kitablarında tanınmış hüquqşünas törədilmiş cinayətə uyğun cəzaların verilməsini qabardır. Onun mətbuatda yer alan fikirlərindən oxuyuruq.

Sitat: “Güclü İslam ənənəsi olan ölkələrdə Qurana əsaslanan sərt cəza sistemi, o cümlədən ölüm cəzası saxlanılır və geniş tətbiq edilir. Mən ilk növbədə Səudiyyə Ərəbistanı, İran, Sudan, İraq, Nigeriyanı nəzərdə tuturam. Amerikanın bir sıra ştatlarında ölüm cəzasının qalması milli ənənələr və ya dinlə yox, kriminogen vəziyyətlə, yəni ilk növbədə qəsdən adam öldürmə ilə bağlı saxlanılır. Bir sıra ölkələrdə cəmiyyət konkret olaraq qəddarlıqla həyata keçirilən və ağır nəticələri olan cinayət hadisələrinə görə ölüm cəzasının ləğvinə hazır deyil. Biz axı onu da nəzərə alırıq ki, obyektiv şərtlər olmadan ölüm cəzasından imtina məhkəmədən kənar xarakterli qeyri-leqal qisas alma formalarının reanimasiyasına gətirib çıxarır. Yəni ölüm cəzasının ”səhnədən getməsi” məhkəməsiz cəzalandırma, sifarişli qətl, qan qisasına səbəb olur. Bu isə qəsdən baş verən qətllərin artmasına səbəb olur. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, ölüm cəzasının saxlanması sosial ədalətin özünəməxsus cinayət-hüquqi üsulla bərpası üsuludur. Məhz buna görə ictimai fikir hər zaman və indi də ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə görə bu cəzanın qalmasınının tərəfdarıdır. Artıq 5 ildir ki, ölüm cəzasının taleyi ilə bağlı insanların rəyini öyrənmək üzrə sosioloji araşdırma aparıram. Bu günədək rəyi soruşulan 3576 nəfərin 87 %-i ölüm cəzasının bərpasını tələb edir”.

İ.Rəhimov hər qəddar zorakı cinayətdən sonra meydana gələn müzakirələrdə dartışılan “səhvən və ya sifarişlə ölümə məhkum olunma” haqda fikirlərə də maraqlı arqumentlərlə cavab verib: “Mümkündür ki, insanı ölümə məhkum etsinlər, sonra məlum olsun ki, o, müqəssir deyil. Belə faktlar ola bilər. Amma söhbət təqsirin 100 faiz sübuta yetirildiyi, hətta 001 faiz şübhə olmadığı halda ölüm cəzasının tətbiqindən gedir. Məsələn, qatil cinayət yerində tutulur. Və ya qətl bir neçə nəfərin şahidliyi ilə baş verir. Bundan başqa, axı mən bütün qatillərə yox, xüsusi amansızlıqla həyata keçirilən və ağır nəticələr verən, çoxlu insan öldürüldüyü qətllərə görə ölüm cəzasının tətbiqinin tərəfdarıyam. Ona görə qanunvericilikdə iki cəza növü olmalıdır – ölüm cəzası və ömürlük həbs. Biz istəsək də, istəməsək də, ölüm cəzasının qaytarılması məsələsi obyektiv səbəblərdən yox, siyasi mülahizələrlə bu cəzadan imtina edən ölkələrdə hər zaman gündəlikdə olacaq. Məsələn, ölüm cəzasına moratorium qoyulan Türkiyədə prezident dəfələrlə ölüm cəzasının bərpası məsələsini qaldırıb. Pakistan prezidenti, hətta Macarıstanın baş naziri də belə bir bəyanat verib. Ölüm hökmünü saxlayan ölkələrə gəlincə, hesab edirəm ki, onlar öz mövqelərinin doğru olduğuna daha çox əmin olacaqlar”.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan 78 ölkə arasında 15-ci yerdədir

Next Post

Həbsdəki general Elçin Quliyevdən “çox şeyi danışacam” anonsu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Həbsdəki general Elçin Quliyevdən “çox şeyi danışacam” anonsu

Benzinlər idxal rüsumundan azad edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.