Şəkidə kəndlərə hücum edən canavarlar 18 baş qoyunu parçalayıb

>

Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb.

Bunu da oxuyun

Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında Şəkinin Çeşməli və Öryət kəndlərində baş verib.

Çeşməli kənd sakini Oruc Məmmədovun həyətinə girən canavarlar orada olan 10 baş xırdabuynuzlu heyvanı parçalayıb.

Eyni hadisə səhər saatlarında Öryət kəndində də qeydə alınıb. Bu kənddə isə 2 təsərrüfata girən canavarlar 8 baş qoyunu parçalayıb.

Şəki rayon Baytarlıq İdarəsinin əməkdaşları ərazilərə baxış keçirib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728