"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəkidə sakinlərin suyu kəsilərək otellərə verilib – (Fotolar)

07 Sentyabr 2014 - 15:45
in CƏMİYYƏT

Şəkidə su problemi var. Sakinlərin sözlərinə görə, problemin yaranma səbəbi yaşayış evlərinə gələnimages suyun kəsilərək yaxınlıqda olan “Sheki Palace” və “Karvansaray” otellərinə verilməsidir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Şəkinin Vidadi küçəsi və Axundzadə prospekti yaxınlığında yerləşən evlərin hamısı susuz qalıb. Bəzi küçələrdə ötən ilin aprel ayından, bəzilərində isə bu ilin aprelindən etibarən içməli suyun verilməsi dayandırılıb” – deyə yerli sakinlərvirtualaz.org saytının müxbiri ilə söhbətlərində bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Axundzadə prospektindəki “Sheki Palace” və “Karvansaray” otellərinin yaxınlığında yerləşən yaşayış evləri ötən ilin aprel ayından suya həsrətdir. Vidadi küçəsində yerləşən evlərin suyu isə bu ilin aprelindən kəsilib.

Sakinlər iddia edir ki, onlara verilməli olan su kəsilərək yaxınlıqdakı otellərə verilib.

“Bizim içməli suyumuz yoxdur. Amma 100-150 metr məsafədə olan otellərin su problemi heç vaxt olmur. Əvvəllər də quraqlıqla əlaqədar su problemimiz olurdu. Bu il isə su kökündən kəsildi. Builki quraqlıqdan qat-qat artıq quraqlıq olan zamanlar olub. Ancaq heç vaxt belə olmurdu. Nə oldusa, bu otellər tikiləndən və təmir ediləndən sonra oldu” – deyə sakinlər şikayətlənir.

Onlar deyir ki, hazırda su ilə təmin olunurlar, amma…: “Şəki Şəhər İcra Hakimiyyətinin ayırdığı maşınlarla 2-3 gündən bir yaşayış evlərinə su paylanır. Nə vaxta qədər belə olacaq? Quraqlıq necə olur ki, qışda da olur? Və necə olur ki, ancaq bu otellərə yaxın olan məhəllələrə su verilmir?”

Sakinlərin bu narazılığı ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Tərlan Nəsibov da virtualaz.org saytına açıqlamasında su probleminin səbəbinin quraqlıq olduğunu bildirdi.

T.Nəsibovun sözlərinə görə, bölgədə bu il havaların quraqlıq keçməsindən sonra ciddi şəkildə su problemi yaşanıb. T.Nəsibov qeyd etdi ki, bununla bağlı olaraq icra başçısı Elxan Usubovun tapşırığı ilə qərargah yaradılıb. Sakinlərin su probleminin həll edilməsi üçün su maşınları ayrılıb.

Suyun evlərə qrafiklə paylandığını deyən T.Nəsibov yaranan problemin səbəbinin yalnız quraqlıq olduğunu bildirdi və səsləndirilən digər iddiaları əsassız adlandırdı.

İlkin Muradov

Bakı-Şəki-Bakı

Fotolar müəllifindir

Virtualaz.org

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah Azərbaycan ərazisində isti hava şəraiti gözlənilir

Next Post

Putinin əlindən mükafat almaqdan imtina etdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Putinin əlindən mükafat almaqdan imtina etdi

Rusiya atəşkəs rejiminə əhəmiyyət vermir- FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.