"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səkiləri bizə verin

01 Avqust 2015 - 19:25
in KÖŞƏ YAZILARI

Bir dostum planlaşdırdığım bir işlə bağlı bütün əyər-əskikləri düzəltməyi, sənəd-sünəd külliyyatını mükəmməl yığıb toplamağı məsləhət bilir. Ancaq bu qədər düz-düzünəqulu olan adamın planlarını zaman axırda arxivə yollayır, dəyərli proyektdən olsa-olsa dadlı-duzlu xatirələr qalır. Nə etməli? 
Doğrusunu bilmək istəyirsizsə, doğru nə ordadı, nə burda, həqiqət mövqeyi sevmir və mövqeyə sığışmır. Həqiqət həmişə, hər vaxt bilvasitə və bilavasitə neytral zonaya can atır.
Bəli, indi sual budu: İşi bir balaca əymək olarmı? Orta məktəbi qurtarıb attestat alan gün bir qəribəliklə qarşılaşdım. O vaxt attestat rus və Azərbaycan dillərində yazılırdı, mənimkinin qiymət cədvəlində səhv vardı – rusca olan cədvələ bir fəndən “5”, azərbaycancada isə həmin fəndən “4”  qeyd edilmişdi. Fövrən qayıtdım məktəbə, rastıma çıxan bir müəllim baxıb dedi, vecinə alma, ona heç kəs diqqət eləməyəcək. Eləmədilər də… Ancaq məsələ onda deyil.
Yenə həmin il, sonuncu sinfin buraxılış imtahanı keçirilən günü yaxın qohumumuz əsgərlikdən gəldi, onda əsgərliyini çəkib qayıdan gənc üçün böyük dəsgah açılırdı. Rayona bazarlığa getmək lazımıdı. Daha bir qohumumuz olan ədəbiyyat müəllimi ağ “Jiquli”sini xodladı, dedi, getdik. Rus dilindən imtahan verəcəyimi xatırladanda dedi, narahat olma, gəlib çatacağıq, səni özüm tapşıracam…
Sözünə xilaf çıxmadı, təbii… İmtahanlar uzun çəkirdi onda. Məni tapşırdı. Yaxşı yadımdadı, indi bu sinnimdə xatirələrin aydınlaşan çağıdı. Sumqayıtdan məktəbimizə təyinatla gəlmiş bəstəboy, zərif rus dili müəlliməsi məndən şeir istədi. Onda şeirlərim rayon qəzetində çap olunurdu. O da tələsirdi, əslində. Özünə xatirə toplayırdı. Həmin il təyinat üzrə axırıncı iliydi, şəhərə qayıdacaqdı.
Tez-tələsik, indiki kimi yadımdadı, üç bənd uydurdum. İmtahan götürülən sinifdən çölə qaçdım, eşik çox cəlbediciydi… Vida günlərinin həzin havası vardı eşikdə.
Ancaq… Bəli, bu “ancaq” olmaya… O vaxtdan bu yana həmişə, xüsusən son illər daha tez-tez yuxuda həmin imtahanın, həmin sənəd qüsurunun dolaşıq kələfinə düşürəm. Süjeti olmayan bir əhvalat içrə röyada özüm-özümə söylənirəm: “Gecikəcəm, eləmi?” “İmtahanı verdimmi?”
Yuxuların sirrini kim bilir? Kim bilir, kim bilir… Bir dəfə çoxdan, bilmirəm bu faktı özü hardasa qeyd edib, ya yox, yazıçı Anar bir məclisdə danışmışdı ki, bir yuxunu uzun müddət və müntəzəm görürmüş. Görürmüş ki, başının üstdə kimsə dayanıb fasilə vermədən sayır: Bir, iki, üç, dörd… Bu hadisəni “Əlaqə” povestində yazandan sonra yuxu da çəkilib gedib.
Sual belədi – vəziyyəti nəzərə alıb, uzun yolu qısa eləmək, yekə əziyyəti kiçiltmək xətrinə bir balaca kəmfürsətlik eləmək caizdimi? İndi mənim səmimi olan vaxtımdı, zira səmimiyyət ya situasiyaya bağlı olur, ya da yaşa. “Deyir, yaş artdıqca ağıllanırıq, Gözlər yaşardıqca ağıllanırıq…” “Özüm öz dalımca gözlərim dolur…” Vaqif Bayatlının misralarıdı.
Gənc ifaçı Ayşən Mehdiyeva isə deyib ki, muğamı başa düşmək yaşla əlaqədardı. Eh, qızım, bilirsən yaşla əlaqədar nə qədər hikmətlər var. Bəlkə, sən qışqırıb oxuyasan ki, onu bağışlamaq olar!
…Sualıma cavab tapmasam da, köşəm bitir. Həcm zamandan da insafsızdı. Gələn dəfə səkilərdən yazacam. Küçələrin qırağıyla dinməz-söyləməz gedən səkilərdən. Geniş yollar sizin olsun, səkiləri bizə verin, gözümüz toxdu…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya ABŞ-ı YUKOS-la bağlı hədələdi

Next Post

Yunanıstan Avropadan 24 mlrd avro yardım istəyəcək

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Yunanıstan Avropadan 24 mlrd avro yardım istəyəcək

Finlandiyada neonasistlər iğtişaş törədib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.