"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Səlim Müslümov İmişlidə 7 rayonun sakinləri ilə görüşüb

27 Noyabr 2014 - 17:12
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanıb və ilkin 1012968_776270839098620_6346584716579518729_nmərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi evin inşa edilərək həmin insanlara təqdim olunması nəzərdə tutulur. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə bu rayonun, eləcə də Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarının sakinlərini qəbul edərkən məlumat verib. Nazir dövlət başçısının qeyd edilən Sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək növbədə olan 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcəyini diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, əlil və şəhid ailələrinin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir və ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır. Təqdim olunmuş həmin siyahılar bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə toxunulmadan, skan olunmuş, yəni hər hansı dəyişikliyin edilməsi mümkün olmayan formada ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib.
S.Müslümov yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişli rayonunda da çoxmənzilli yaşayış binasının istifadəyə veriləcəyini və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcəyini bildirib: “Ümumiyyətlə, müharibə əlillərinin rifah halının yaxşılaşdırılması daim diqqətdə saxlanır. Bu günlərdə biz Qarabağ əlilləri və onların sosial təminatı vəziyyətinə dair informasiyaları pasportlaşdırmaqla, elektron məlumat bazası yaratdıq və nazirliyin rəsmi internet saytında yerləşdirdik. Oradakı fərdi məlumatlar əsasında biz artıq həmin insanların yaşayışını daim nəzarətdə saxlayacağıq. Bu da bizə imkan verəcək ki, onların bu və ya digərinin sosial ehtiyaclarını operativ şəkildə müəyyən edərək müvafiq tədbirlər görək”.
Qəbul zamanı S.Müslümov vətəndaşların əsasən mənzil və minik avtomobilləri, bərpa-müalicəsi, məşğulluq məsələləri ilə əlaqədar müraciətlərini dinləyib. Əmək hüquqlarının təminatı, ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib. Nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı şəxslərin məşğulluq problemi elə yerindəcə həll olunub və onlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd, Füzuli rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İmişli rayonuna aparılıb gətirilmələri təmin edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev iki ölkə səfirini qəbul etdi

Next Post

Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə görüşüb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə görüşüb

Ərdoğan ABŞ-ı kəskin tənqid etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.