Səlim Müslümov parlamenti yarımçıq tərk etdi – Prezident çağırdı

>

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin martın 10-da keçirilən növbəti plenar iclasını yarımçıq tərk etməli olub.

Bunu da oxuyun

“Qafqazinfo” xəbər verir ki, buna səbəb nazirin vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən onun yanına çağırılması olub. Bu haqda “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov məlumat verib.

“Biz Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu, onu ölkə prezidenti çağırdı. Biz müzakirələrə başlayaq, Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verərik”-deyə, spiker bildirib.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728