Səlim Müslümovdan pensiyaçılara şad xəbər

Bunu da oxuyun

Səlim Müslümovdan pensiyaçılara şad xəbər
İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.

Elchi.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.

“”Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır”, – deyə nazir bildirib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728