Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.
Elchi.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Fəxrəddin Rəşid oğlu Bədirov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Cəmilə Mirzə qızı Bədirovadır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. “Mersedes” markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





