"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəmsəddin Hacıyev 667 min mənimsəyib -Şok iddia

14 Noyabr 2015 - 12:03
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR

“Şəmsəddin Hacıyev 667 min mənimsəyib -  Şok iddia

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) “Turan-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı 667475 manat məbləğində pulun universitetin xeyrinə ödənilməsi tələbinə dair iddia qaldırıb. İddiaya 1 saylı Baki İnzibati-İqtisad Məhkəməsində baxılır.

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

“Qafqazinfo” xəbər verir ki, bu məlumat virtualaz.org saytına 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən daxil olub.

Məlumata görə, “Turan-2009” MMC-nin universitetə 667475 manat məbləğində pul vəsaiti borclu olması faktı MMC rəhbərliyi ilə universitetin sabiq rektoru Şəmsəddin Hacıyev tərəfindən imzalanaraq təsdiq edilmiş üzləşmə aktı ilə və digər rəsmi sənədlərlə də təsdiq olunur.

Bu sənədlər məhkəməyə təqdim edilsə də “Turan-2009” MMC-nin rəhbərliyi həmin pulun ADİU-ya qaytarılmasından imtina edir.

Sözügedən iddia ərizəsi məhkəmənin hakimi Vüsalə Baxışovanın icraatındadır.

Məlum olduğu kimi, ADİU dövlət büdcəsindən maliyyələşən təşkilatdır. Ona görə də universitet tərəfindən malların alınması, işlərin və xidmətlərin görülməsi dövlət vəsaitləri hesabına həyata keçirilir. Bu səbəbdən ADİU tərəfindən malların alınması, iş və xidmətlərin görülməsi qaydaları və şərtləri “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş qayda və tələblərə əsasən həyata keçirilir. Qanunun 13-cü maddəsində isə göstərilir ki, iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satın alan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

“Turan-2009” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Turan-2009” MMC-nin nizamnaməsinə və dövlət qeydiyyatına alınmasına dair şəhadətnaməyə əsasən isə həmin MMC-nin təsisçisi Hacıyev Şəmsəddin Hümmət oğlunun həyat yoldaşı Hacıyeva Zemfira Əli qızıdır.

Maraqlıdır ki, ADİU-nun iddiası ilə tenderlər keçirilən zaman Şəmsəddin Hacıyev universitetin rektoru vəzifəsində işləyib. Həmin tenderlərdə iştirak edən “Turan-2009” MMC-nin direktoru isə Şəmsəddin Hacıyevin qardaşı oğlu Hacıyev Cavid Fəxrəddin oğlu olub.

Məhkəməyə təqdim edilmiş müqavilələrdən də göründüyü kimi, ADİU ilə tenderin qalibi olmuş “Turan-2009” MMC arasında bağlanan müqavilələri iştirakçı tərəflərin vəzifəli şəxsləri qismində ADİU adından Şəmsəddin Hacıyev, “Turan-2009” MMC-nin adından isə onun qardaşı oğlu Cavid Hacıyev imzalayıblar.

Həmin müqavilələr üzrə tərəflər arasında on milyonlarla manat həcmində işlər görülüb. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun “dövlət satınalmalarında maraqların ziddiyyəti”ndən bəhs edən 13.2 və 13.2.1-ci maddələri ilə müəyyən edilmiş qaydaların kobud surətdə pozulması deməkdir.

Məhkəmədən verilən məlumata görə, bu, Şəmsəddin Hacıyevlə ADİU arasında olan yeganə iddia deyil. Tərəflər arasında məhkəmədə həmçinin Şəmsəddin Hacıyevin himayəsində olan “İqtisadçı-2005” MTK ilə bağlı mübahisəyə dair də iddia tələbləri var. Bu mübahisələrdən birinə isə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Tahirə Əsədova tərəfindən baxılır.

Şəmsəddin Hacıyev 667 min mənimsəyib -  Şok iddia
Şəmsəddin Hacıyev 667 min mənimsəyib -  Şok iddia

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mübariz Qurbanlı: “Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir”

Next Post

Röyadan sərt açıqlama – “Məni necə ucuzlaşdıra bilərlər?

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Röyadan sərt açıqlama - “Məni necə ucuzlaşdıra bilərlər?

Azərbaycanlı milyarder kralı qızıl yarpaqlı şirniyyata qonaq edəcək - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.