Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla qazaxıstanlı həmkarı Nurlan Niqmatulin arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Mustafa Şəntop rəsmi Tvitter hesabında məlumat verib.
“Qazaxıstanda baş verənlərlə bağlı həmkarım, dostum, parlament sədri Nurlan Niqmatulinlə telefon danışığım oldu və baş verən hadisələri dəyərləndirdik”, – Şəntop qeyd edib.





