"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“SƏRƏNCAMLARIMA CAVABDEHƏM ” – Abutalıbov milyonluq qalmaqaldan danışdı

08 Aprel 2019 - 16:41
in CƏMİYYƏT, MANŞET

Bir neçə gün əvvəl baş nazirin müavini Hacıbala Abutalıbovla bir qrup sahibkar arasında narazılığın yaranması haqqında məlumat yayılmışdı. Bu haqda “Unikal” qəzetinə məlumat verən mənbə iddia  etmişdi ki,  narazılığın yaranmasına səbəb  vaxtilə Abutalıbovla sövdələşmiş on iki sahibkarla tikinti aparmaq icazəsi verilməməsi olub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər.Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi.

Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəi deyib.

Hacıbala Abutalıbov məsələ ilə bağlı Unikal.org-a zəng edərək , barəsində yayılan informasiyaya mövqeyini bildirib: “Mənə yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq. Yüksək ixtisas sahibləri və mütəxəssislərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəssis kimi tanınan Nadir Adıgözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. Müəyyən olundu ki, sərəncam qanunidir.

Bütün tikinti təşkilatları, nazirlik, komitə, şirkətlər tərəfindən müsbət rəylər alınıb. Tikintinin aparılması qanuni sənəd kimi, hətta nişan da verilib. Heç bir qanun pozuntusu yoxdur. Bununla əlaqədar olaraq şəxsən mən Nazirlər Kabineti adından imzaladım. Sənədləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdim ki, tikintinin aparılması qanunidir. Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mən imzaladığım sənədlə bağlı hər hansı problem yoxdur. Ona görə də həmin qadın çox sevinclə mənim yanımdan ayrıldı. Tikinti işləri bu gün də davam etdirilir. Qalan sahibkarların da hər hansı biri müraciət etsə, mən onlara müsbət cavab verərəm. Onlara üzümü tutub deyirəm ki, imzaladığım sərəncamlar qanunidir.

Çünki Bakı Şəhər İcra Hakmiyyətinin başçısı işlədiyim zaman tikintiyə icazə sənədi hazırlayan şöbə müdiri Nadir Adıgözəlov tərəfindən hazırlanmış o sənədlər tam qanunlara uyğundur. Tərəfimdən sərəncam verdiyim həmin sənədlərlə sahibkarlar tikinti apara bilərlər. Burada ikinci söz ola bilməz. Bir daha diqqətə çatdırıram ki, icra başçısı olduğum zaman imzaladığım bütün sərəncamlara özüm cavabdehəm”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Söyüş qalmaqalı ilə bağlı “Space”dən AÇIQLAMA

Next Post

Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb

Azərbaycan vətəndaşı Tbilisi hava limanında saxlanılıb

Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.