"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sərdar Cəlaloğlu sərsəm açıqlama verib – Deputat

19 İyun 2021 - 23:16
in MANŞET

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi”nı müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, dünən Sərdar Cəlaloğlu Elman Nəsirovla debat zamanı sizi nə zamansa Türkiyəni Rusiyadan üzr istəməyə çağırmaqda günahlandırıb. Onun bu iddiasını necə izah edərdiniz?

– Əksər insanlar yaşlandıqca müdrikləşir, o isə hər keçən gün ciddiliyini daha çox itirir. Ağ yalan danışmaqdan utanmayan bu böhtançı yəqin ki, 2015-ci ilin noyabrında Türkiyə F-16-nın 17 saniyə ərzində Türkiyə sərhədlərini pozaraq təqribən 2 km Türkiyə ərazisinə daxil olmuş Rusiyanın Su-24 təyyarəsini vurmasına mənim o zaman sərgilədiyim münasibətə görə belə sərsəm açıqlama verib. Türkiyə Rusiyaya buna görə sonradan üzürxahlıq edib kompensasiya ödəsə də, mən belə bir çağırışla heç vaxt çıxış etməmişdim. Sadəcə söyləmişdim ki, Türkiyə və Rusiyanın həyati mənafeləri tələb edir ki, əməkdaşlıq etsinlər. Ona görə də münasibətlərə ciddi ziyan vuran hərbi təyyarənin vurulmasının yanlış qərar olduğunu söyləmişdim. Zaman mənim nə qədər haqlı olduğumu sübut etdi. Onu da söyləmişdim ki, Türkiyə qardaş ölkə kimi Rusiya ilə münasibətlərini qurarkən mütləq Qarabağın işğal altında olmasını və Azərbaycanı nəzərə almalıdır. Onu da zaman-zaman söyləyirdim ki, Türkiyə Qarabağın işğalını öz torpaqlarının işğalı kimi qəbul edib, Rusiya ilə bu istiqamətdə birbaşa danışıqlar aparmalıdır. Azərbaycan hökumətinə isə çağırış edirdim ki, Paşinyan hakimiyyətə gələndən sonra torpaqlarımızı işğaldan azad etməyimiz üçün unikal şans yaranıb. Rusiya ilə danışmalı, Qərbdən asılı olmayan, müstəqil və cəsarətli siyasəti ilə Türkiyənin regionda və dünyada maraqlarını qətiyyətlə qoruyan, milli maraqları hər şeydən üstün tutan Ərdoğanın hakimiyyətdə olmasından istifadə edib torpaqlarımızı işğaldan azad etməliyik. Hər kəs çox da uzaq olmayan həmin dövrün mətbuatına təkrar nəzər yetirməklə buna əmin ola bilər.

– İranda keçirilən prezident seçkisinin nəticəsinə – İbrahim Rəisinin prezident seçilməsinə münasibətiniz necədir?

– İranda ölkənin daxili və xarici siyasətini İranın Ali dini rəhbəri müəyyən etdiyindən prezident daha çox həmin siyasətin icrası ilə məşğul olur. İran çalışır ki, Azərbaycana münasibətdə daha çox Rusiya ilə sinxronlaşdırılmış xarici siyasət yürütsün. Hazırda Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olduğundan, Türkiyə ilə müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanandan sonra narahatlıq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Prezidenti Türkiyə və Rusiya Prezidentləri ilə yanaşı, İbrahim Rəisini ilk təbrik edənlərdən biri oldu. Biz hər zaman İranla dostluq və əməkdaşlıq siyasətinə sadiq olmuşuq. Ümid edirəm ki, hər iki ölkənin rəhbərliyi və siyasi elitası İranda 30 milyon azərbaycanlı türkün yaşamasını, qonşu olmağımızı, eyni dini dəyərləri bölüşməyimizi, tarixi, mədəni, humanitar, iqtisadi əlaqələrimizi nəzərə alıb, daha sıx əməkdaşlıq edəcəkdir. İbrahim Rəisini prezident seçilməsi münasibətilə təbrik edir, işlərində uğurlar diləyirəm.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeddi nəfərlə gəldilər, 62 əsgərimiz həmin döyüşdə həlak oldu…

Next Post

Köçəryan bu gün seçkiləri udarsa… – Bakıya daha bir şans

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Köçəryan bu gün seçkiləri udarsa... – Bakıya daha bir şans

Jurnalist Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan yazdı

Jurnalist Pərvanə İbrahimova ərəb mətbuatında Şuşadan yazdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.